II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

Qəbul imtahanı

Bu gün – aprelin 30-da Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

İmtahanlar 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 66 binada aparılacaq. İmtahanların idarə edilməsinə 237 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 min 637 nəzarətçi-müəllim cəlb olunub.

Buna da bax:​ DİM ikinci qəbul imtahanı ilə bağlı açıqlama yayıb

İmtahanda 35 min 433 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 18 min 681-i II qrup üzrə, 16 min 752-si III qrup üzrə imtahan verəcək. 177 abituriyent xarici ölkələrin vətəndaşıdır.

İmtahan başa çatdıqdan sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı izahat verəcəklər. Düzgün cavablar DİM-in İnternet saytında və “Facebook” səhifəsində də yerləşdiriləcək.

Buna da bax: Qəbulda azalmanın səbəbləri...

Bu il ali məktəblərə qəbul imtahanı iki dəfə keçirilir. Birinci dəfə qəbulda iştirak edənlər hər hansı məbləğ ödəməyəcəklər.

Təkrar qəbul imtahanına baş vuranlar isə 40 manat həcmində vəsait ödəməlidirlər.

Bu ildən Azərbaycanda bəzi qəbul imtahanları ödənişlidir. İmtahanların qiyməti 10 manatdan 100 manata arasında dəyişir.