Cəbhəçilər sərbəst buraxılıb

Masallı.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Masallı rayon şöbəsinin fəalları Elvin BəhramovFərasət Əhmədov azadlığa buraxılıb.

Bu haqda AXCP mətbuat xidmətinin məlumatında bildirilir.

Cəbhəçilərinin durumunun normal olduğu deyilir.

Partiyanın məlumatında qeyd edilir ki, onlar rəsmən polisə müqavimətdə ittiham olunsalar da, əslində siyasi fəaliyyətlərinə görə, cəzalandırılıblar.

Buna da bax:​ Daha iki cəbhəçiyə 30 sutka verildiyi deyilir

Onların işlərindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcək.

Elvin Bəhramov və Fərasət Əhmədov fevralın 20-də Masallıda saxlanmışdılar.

Fevralın 21-də Masallı rayon Məhkəməsi polisin qanunu tələbinə tabe olmamaq ittihamı ilə onların hər birinə 30 sutka inzibati həbs cəzası vermişdi. Yuxarı məhkəmə həmin qərardan verilən şikayəti təmin etməmişdi.

Buna da bax: Cəbhəçi gənc azadlığa çıxdı

Həmin vaxt AXCP onların Facebook-dakı tənqidi yazılarına görə həbs olunduğunu açıqlamışdı.

Dünən, Martın 21-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının inzibati qaydada həbs cəzası alan daha bir fəalı Amil Məmmədzadə də azadlığa buraxılmışdı.

Hazırda AXCP-nin 10-a yaxın üzvü isə uzunmüddətli həbs cəzası çəkir.

Hüquq-müdafiə təşkilatları onları siyasi məhbus sayır. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Buna da bax:​ Naxçıvanda cəbhəçi səhhətinə görə, həbsdən azad edilib

Hüquq-müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı siyahılarında 150 civarında şəxs yer alır.