Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 10:48

Daha iki cəbhəçiyə 30 sutka verildiyi deyilir


Foto illüstrasiya.

Fevralın 20-də AXCP Masallı rayon şöbəsinin fəalları Elvin Bəhramov və Fərasət Əhmədovun evlərindən polisə aparıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin müavini Gözəl Bayramlı deyib.

O qeyd edib ki, Masallı Rayon Məhkəməsi polisin qanunu tələbinə tabe olmamaq ittihamı ilə onların hər birinə 30 sutka inzibati həbs cəzası verib.

G.Bayramlı vurğulayıb ki, AXCP-yə ölkəboyu təzyiqlər davam edir: «Hər iki fəal Facebook-da tənqidi yazılarına görə həbs olunub.

Hüquq-mühafizə orqanlarından Elvin Bəhramov və Fərasət Əhmədov haqda deyilənlərə, hələlik, münasibət almaq mümkün olmayıb.

Fevralın 20-də daha bir AXCP fəalı Amil Məmmədzadə də 30 sutka inzibati həbsə məhkum edilmişdi.

Hazırda həmin bu 3 şəxsdən başqa, AXCP-nin daha iki fəalı inzibati qaydada həbsdədir.

Gözəl Bayramlı AzadlıqRadiosuna bildirib ki, Sabunçu rayonundan olan fəal Namiq Abasəliyev də əlavə olaraq bu gün, fevralın 21-də saxlanıb. «Çox güman ki, o da polisə müqavimətdə günahlandırılacaq»,-deyə sədr müavini qeyd edib.

Ancaq Namiq Abasəliyevin saxlanması ilə bağlı deyilənləri də Sabunçu rayon Polis İdarəsindən dəqiqləşdirmək mümkün olmayıb.

Partiyanın 10-a yaxın üzvü isə uzunmüddətli həbs cəzalarına layiq görülüb. AXCP onların siyasi sifarişlə, şərlənərək həbs edildiyini düşünür. Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir. Onlar siyasi məhbus sayılan şəxslərin törətdikləri əmələ görə məsuliyyətə alındıqlarını bildirirlər.

Fevralın 20-si REAL Hərəkatının Sumqayıt təşkilatının fəalı Rahim Şaliyev və bloqqer Orduxan Temirxanın iki yaxın qohumuna da eyni ittihamla 30 sutka inzibati həbs verilib. Yanvarın 18-də Berlində Heydər Əliyevin simvolik heykəli yıxılan aksiyada Orduxan Temirxan aparıcı olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG