İlham Əliyev Receb Tayyib Erdoğanla görüşüb

İlham Əliyev və Receb Tayyib Erdoğan. Islamabad. 28fev2017

Fevralın 28-də İslamabadda Azərbaycan dövlət başçısı İlham Əliyev Türkiyə prezidenti Receb Tayyib Erdoğan ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olunub.

İkitərəfli münasibətlərin bir sıra sahələrdə, o cümlədən xarici ticarət sahəsində inkişaf etdiyi bildirilib.

Buna da bax: Azərbaycan Pakistandan hərbi məhsullar alacaq

Xəbərdə qeyd edilir ki, görüşdə enerji sahəsində həyata keçirilən layihələrdən danışılıb, onların uğurla davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

İş adamlarının və şirkətlərin iqtisadi əlaqələrin inkişafında daha fəal rolunun təmin edilməsinin, bank sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Buna da bax: Erdogan Moskvada S-400 raketləri alınmasını müzakirə edəcək

Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində iştirak etməkdən ötrü fevralın 28-də Pakistan İslam Respublikasına səfər edib.

O, Pakistan İslam Respublikasının prezidenti Mamnoon Hussain (Məmnun Hüseyn) və baş nazir Muhammad Nawaz Sharif ilə də görüşüb.

İqtisadi Əməkdaşlıq Təşkilatını 1995-ci ildə Türkiyə, Pakistan və İran yaradıb.

Azərbaycan 1993-cü ildən bu qurumla əməkdaşlıq edir.