Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:10

Erdogan Moskvada S-400 raketləri alınmasını müzakirə edəcək


Vladimir Putin və Recep Tayyip Erdogan

“Rusiya və Türkiyə prezidentləri martda Moskva görüşündə Ankaranın Rusiyadan S-400 raket kompleksi və digər müdafiə sistemləri almasını müzakirə edəcəklər”.

RİA Novosti-nin fevralın 28-də yaydığı məlumata görə, bunu Türkiyə prezidentinin müşaviri İlnur Çevik “Rossiya-24”kanalına müsahibəsində deyib.

Qeyd edək ki, Türkiyə prezidenti Racep Tayyip Erdoganın martın 9-10-u arası Moskvada səfərdə olmalıdır.

İlnur Çevik deyib ki, səfərdə məqsəd Türkiyə-Rusiya iqtisadi şurasının iclasına qatılmaqdır.

İclasda iqtisadi və ticarət əlaqələri, turizm, habelə Türkiyədə Atom Elektrik Stansiyasının (AES) tikintisi məsələləri müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG