Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 04:45

Azərbaycan Pakistandan hərbi məhsullar alacaq


lham Əliyevin Pakistan prezidenti Mamnoon Hussain ilə görüşü. 28feb2017

Fevralın 28-də İslamabadda Azərbaycan dövlət başçısı İlham Əliyevin Pakistan İslam Respublikasının prezidenti Mamnoon Hussain (Məmnun Hüseyn) ilə görüşü olub.

Bu haqda AZƏRTAC xəbər yayıb.

Azərbaycanla Pakistan arasında siyasi əlaqələr yüksək səviyyədədir. Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı hər iki ölkə bir-birinin ədalətli mövqeyini dəstəkləməkdə qətiyyətli mövqe göstərir.

Buna da bax:​ İslamabadda iqtisadi əməkdaşlıq konfransı keçiriləcək

Prezident İlham Əliyevin pakistanlı həmkarı Mamnoon Hussain ilə təkbətək görüşündə əsas vurğulanan məqamlar bunlar olub.

Təkbətək görüş zamanı regional təhlükəsizlik və regional əməkdaşlıq məsələləri də müzakirə edilib.

Görüş daha sonra geniş tərkibdə davam etdirilib.

Azərbaycan prezidenti İlham Əliyevin fevralın 28-də Pakistan İslam Respublikasının Baş naziri Muhammad Nawaz Sharif ilə də təkbətək görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirilib. Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələr müzakirə edilib. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Görüşdə müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələrin də müzakirə olunduğu qeyd edilir.

Buna da bax:​ Müsəlman ölkələri susur

Azərbaycanın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal etməsi ilə bağlı razılaşma əldə edildiyi açıqlanır. Xəbərdə qeyd edilir ki, görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyinə də toxunulub.

Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib.

Bu gün, fevralın 28-i Azərbaycan ilə Pakistan İslam Respublikası arasında enerji sahəsində əməkdaşlıq haqqında saziş də imzalanıb.

Kəşmir vilayətinə Pakistan iddia edir. Onun şimal qərb hissəsi Pakistanın, qalan daha böyük hissəsi isə Hindistanın tərkibindədir.

Buna da bax:​ İslam ölkələrindən Qarabağ dəstəyi

Qarabağ münaqişəsi isə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Xatırlatma

Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində iştirak etməkdən ötrü fevralın 28-də Pakistan İslam Respublikasına səfər edib.

İqtisadi Əməkdaşlıq Təşkilatını 1995-ci ildə Türkiyə, Pakistan və İran yaradıb.

Azərbaycan 1993-cü ildən bu qurumla əməkdaşlıq edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG