Maşın qaytarılmır, Faiq Əmirlinin xanımı məhkəməyə üz tutdu

Vəkil Aqil Layıcov və Lalə Əmirli

“Azadlıq” qəzetinin həbsdə olan maliyyə direktoru Faiq Əmirlinin xanımı Lalə Əmirlinin avtomobili, hələ də, onun özünə qaytarılmayıb.

L.Əmirli buna görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsini yenidən məhkəməyə verib.

Bu haqda L.Əmirlinin özü bildirib.

Buna da bax:​ Sərhədsiz Reportyorlar: 'Azərbaycanda jurnalistlərin təqibi davam edir'

Faiq Əmirli həbs olunarkən onun evində və ailəyə məxsus avtomobildə axtarış aparılmışdı. Əməliyyatçılar avtomobili də özləri ilə aparıblar. Onun xanımı əvvəllər də məhkəməyə müraciət etməsinə baxmayaraq, avtomobil geri verilmir.

“Fevralın 21-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsini cavabdeh kimi yenidən məhkəməyə verdim. Faiq həbs olunandan bəri mənə məxsus olan avtomobil bu günə kimi tutarlı əsas göstərilmədən adı çəkilən idarədə saxlanılır”, Lalə Əmirli deyib.

Buna da bax: 'Azadlıq' qəzetinin daha iki əməkdaşı dindirilib

O, Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən Nəsimi Rayon Məhkəməsinə şikayət etdiyini bildirib.

Baş Prokurorluq əvvəllər də bir neçə dəfə gündəmə gətirilən məsələni şərh etməyib.

Xatırlatma

Faiq Əmirli ötən il avqustun 20-da saxlanıb.

Faiq Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

Buna da bax: Faiq Əmirlinin xanımının şikayətinə baxılacaq

AXCP isə Faiq Əmirlinin həbsini siyasi sifariş sayır.

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı F. Güleni Türkiyə rəsmiləri bu ölkədə ötən il iyulun 15-də baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırırlar. Fethullah Gülen bu iddiaları yalanlayıb.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

Faiq Əmirli həbsdə qaldı