FBİ Boston partlayışında əsas şübhəli şəxsləri elan edir [VİDEO]

Boston partlayışında əsas şübhəli şəxslər

-

ABŞ-ın Federal Təhqiqatlar Bürosu Boston partlayışının istintaqında uğur əldə olunduğunu deyir. Partlayışda iştirakı ehtimal olunan 2 şəxsin videosu və fotoları FBİ-ın vebsaytında yerləşdirilib.

Fotolarda bel çantası taxan iki qara gödəkçəli gənc təsvir olunub. Onlardan birinin başında tünd rəngli, digərində isə ağ rəngdə beysbol papağı var.

Əhalidən bu şəxslər haqda məlumat istəyən FBİ-ın nümayəndəsi Rick DesLauriers «hər bir məlumat faydalı ola bilər» deyir. Eyni zamanda həmin şəxslərin böyük təhlükəsini nəzərə alaraq xahiş edir ki, heç kim təşəbbüs göstərməsin, sadəcə polisə xəbər versin.

FBİ sözçüsü istintaqın sutkada 24 saat işləyərək əhalidən gələn minlərlə məlumatı yoxladığını, nəhayət 2 şübhəli şəxsin müəyyənləşdirdiyini deyir. Onun sözlərinə görə, nəzarət videolarının birində onlardan birinin çantanı yerə qoyduğu anın görüntüsü var. Hər iki şəxs partlayışdan bir qədər əvvəl terror törədilən ərazidə qeydə alınıbar.

FBİ-nın yaydığı video


http://www.youtube.com/embed/M80DXI932OE?rel=0