Obama növbəti dəfə «soyqırımı» sözünü işlətmədi

Prezident Barack Obama

-

Aprelin 24-də Ermənistanda “Soyqırımı anım günü” qeyd edilir. Bu ölkədə iddia edirlər ki, Osmanlı imperiyası dövründə 1.5 milyon erməni öldürülüb.

ABŞ prezidenti Barack Obama da erməni icmasının gözlədiyinin əksinə olaraq həmin hadisələr barədə “soyqırımı” sözünü işlətməyib. Vaşinqtonda Holokost qurbanlarını anım mərasimində Obama ümumilikdə soyqırımılardan bəhs edib və erməni dilində “böyük fəlakət” mənasına gələn “meds yeghern” ifadəsini işlədib.

Buna görə ABŞ-dakı erməni təşkilatları Obamanı tənqid edən bəyanatlar yayırlar.

Türkiyə onun ərazisində ermənilərə qarşı soyqırımı olduğunu inkar edir.

Ankara bildirir ki, 1915-18-ci illər arasında Türkiyədə vətəndaş müharibəsi zamanı türklər kimi ermənilər də həlak olublar. Türkiyə həmçinin Ermənistana həmin hadisələrin obyektiv araşdırılması üçün hər iki tərəfdən arxivlərin açılmasını təklif edir, amma Yerevan bundan imtina edir.