Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:56

31 mart qırğınının 94-cü ildönümü qeyd olunur


Bakı, mart 1918
Bakı, mart 1918
1918-ci il martın 30-dan aprelin 2-nə kimi bolşeviklərin və erməni silahlı birləşmələrinin iştirakı ilə Bakıda minlərlə insan qətlə yetirilib.

«Təzəpir» məscidi aramsız top atəşinə tutulub, memarlıq abidəsi «İsmailiyyə» binasını yandırılıb.

Yerli əhaliyə qarşı hücumlar Şamaxı və Qubada da davam edib.

1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə qərar qəbul edib.

Sovet hakimiyyəti illərində isə bu tarix qeyd olunmayıb.

1998-ci il martın 26-da prezident Heydər Əliyev «Azərbaycanlıların soyqırımı haqqında» fərman imzalayıb.
XS
SM
MD
LG