Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 03:42

Ərdoğan Obamaya məktub yazıb


ABŞ prezidenti Barak Obama (sağda) və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Vaşinqton, 7 dekabr 2009
ABŞ prezidenti Barak Obama (sağda) və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Vaşinqton, 7 dekabr 2009

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obamaya məktub göndərərək “erməni soyqırımı” qətnaməsinin dayandırılmasını istəyib. Ərdoğan yazıb ki, əgər bu qətnamə qəbul edilsə, ABŞ-la Türkiyə arasında münasibətlərə ciddi ziyan dəyəcək.

Bu barədə Xarici İşlər naziri Əhməd Davudoğlu dekabrın 20-də Türkiyə parlamentinə bildirib.

ABŞ-ın "erməni soyqırımı"nın tanımasını nəzərdə tutan həmin qətnamənin dekabrın 21-də Nümayəndələr Palatasında müzakirəyə çıxarılacağı gözlənir.

Ermənilər 1915-1917-ci illərdə Osmanlı İmperiyası dövründə Türkiyədə ermənilərin soyqırıma məruz qaldıqlarını, o zaman 1.5 milyon erməninin məhv edildiyini iddia edir. Türkiyə isə iddiaları rədd edir. Ankara bildirir ki, həmin vaxt xarici ölkələrin təhriki ilə ermənilər Türkiyədə üsyanlar, qırğınlar törədiblər.

Bu ilin əvvəlində - martın 4-də Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində “soyqırım qətnaməsi” qəbul edilib. Buna etiraz edən Ankara Vaşinqtondakı səfirini geri çağırıb, ABŞ-ı münasibətlərin korlanacağı barədə xəbərdarlıq etmişdi. ABŞ prezidenti və Dövlət Katibinin müraciətlərindən sonra sənədin növbəti mərhələlərdə müzakirəsi prosesi dayananadan sonra Ankara səfirini yenədn Vaşinqtona qaytarıb.
XS
SM
MD
LG