Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:58

1915-ci il hadisələrini soyqırımı adlandıran ölkələrin biri də artdı


Parlament cəmi bir səs çoxluğu ilə soyqırım iddiasını tanımaq haqda qərar qəbul etd
Parlament cəmi bir səs çoxluğu ilə soyqırım iddiasını tanımaq haqda qərar qəbul etd
1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələrə soyqırımı deyən ölkələrin siyahısına İsveç də qatıldı. İsveç hökumətinin müqavimətinə baxmayaraq parlament cəmi bir səs çoxluğu ilə soyqırım iddiasını tanımaq haqda qərar qəbul etdi.

Bundan cəmi bir həftə qabaq Amerikanın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi də eynilə belə qərar qəbul etmişdi. Onda Türkiyə səfirini Vaşinqtondan geri çağırmışdı.

İndi Türkiyə İsveç parlamentinin qərarına da eyni cavabı verib. Stokholmdakı Türkiyə səfiri Ankaraya çağırılıb.

Türkiyə hökumətinin bəyanatında İsveç parlamentinin qərarı pislənir, baş nazir Ərdoğanın İsveçə gələn həftə olmalı səfəri isə təxirə salınıb.

Türkiyənin İsveçdən geri çağırılan səfiri Zərgün Korutürk İsveç parlamentinin qərarını təəssüfləndirici qərar adlandırır:

«Mən məyus olmuşam. Mənim fikrimcə, parlament üzvləri səs verərkən fikirləşiblər ki, onlar parlament üzvündən çox tarixçidirlər. Bu, çox təəssüfləndiricidir. Bunun bizim ikitərəfli münasibətlərimizə böyük təsiri olacaq və düşünmürəm ki, bu, yaxın vaxtlarda nə iləsə kompensasiya oluna biləcək».

1915-ci il hadisələrini indiyədək soyqırımı kimi tanıyan ölkələr Rusiya, Fransa, İsveçrə və başqalarıdır.

İSVEÇLƏ MÜNASİBƏTLƏRİN KORLANMASI TÜRKİYƏYƏ HEÇ SƏRF ETMİR

İsveç parlamentində müzakirə zamanı tərəflərin əsas arqumentlərini deputatlar belə ifadə ediblər:

Mühafizəkarların nümayəndəsi, deputat Qustav Bliks:

«Bu, parlamentin qərar verəcəyi məsələ deyil. Bu, tarixçilər üçün sual olan məsələdir. Bu, siyasətçilərin qərar verəcəyi məsələ deyil».

Xarici işlər naziri Karl Bildt
Solçu partiyanın nümayəndəsi, deputat Hans Linde:

«Qurbanlar etiraf olunmasa, bu travma gələcək nəsillərə ötürülə bilər».

İsveç parlamentinin qərarının Ankara üçün bir xoşagəlməz tərəfi də odur ki, Türkiyənin Avropa Birliyinə üzvlüyünü möhkəm müdafiə edənlərdən biri məhz İsveçdir.

TÜRKİYƏ-ERMƏNİSTAN PROTOKOLLARININ RATİFİKASİYASI ZƏRBƏ ALTINDADIR

İsveçin xarici işlər naziri Karl Bildt isə hesab edir ki, parlamentin qərarı Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına da mənfi təsir göstərə bilər:

«Mən çox narahatam. Mən bunun nəticələrinə görə narahat oluram. Mənə Türkiyədən məlumat gəlib ki, orda müxalifət Ermənistanla münasibətləri normallaşdırmağı dayandırmaq istəyir. Mənim fikrimcə, tarixin siyasiləşdirilməsi barışığı daha çətin edir».

Ankara da oxşar xəbərdarlıqlar edir. İsveç parlamentində səsvermə ərəfəsi Ankara bildirdi ki, belə vəziyyətdə Ermənistanla protokolların ratifikasiyası ağlabatan deyil.

Hakim Ədalət və Kalkınma Partiyasının sədr müavini Suat Kınıklıoğlu isə AzadlıqRadiosuna dedi ki, Türkiyədə protokolların ratifikasiyasını Amerikanın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qərarı xeyli çətinləşdirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG