Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:19

Basketbol ulduzu Kobe erməniləri qəzəbləndirib


Kobe Braint
ABŞ-ın məşhur basketbol ulduzu Kobe Braint Los Ancelesdə yaşayan ermənilərin qəzəbinə gəlib. Ulduz basketbolçu keçən həftə Türk Hava Yolları şirkətinin rekalmalrında çəkilməklə bağlı işgüzar müqavilə imzalayıb.

Dünyanın getdikcə daha çox inkişaf edən ən böyük hava yolları şirkətlərindən biri olan Türk Hava yolları ilə müqavilədən sonra Kobe Braint bildirmişdi ki, heç vaxt Türkiyədə olmayıb, amma bu ölkənin insanlarını sevir: “Türkiyə təbii gözəllikləri və min illərlə tarixi olan bir ölkədir. Mən dünyanın müxtəlif yerlərində insanlara uzalıq bəxş edən Türk Hava Yolları ilə əməkdaşlıqdan qürur duyuram.”

Amma Bryantın bu qərarı Şimali Amerika və Los Ancelesdə yaşayan ermənilərin xoşuna gəlməyib.

CNN telekanalının məlumatına görə Erməni Gəncləri Federasiyası internetdə bu xəbəri “Türklərlə əməkdaşlıq Kobeni zülm və ədalətsizliyin simasına çevirəcək”, “Kobe Braintın zalımlığa birbaşa uçuşu” adlarla yayır. Şimali Amerikada da erməni diaspora qrupları Braintı Türk Hava Yolları ilə əməkdaşlığa çağıran kampaniya başlayıblar.

Bazar günü Toronto şəhərində Kobe Braintın komandası Lakersin oynadığı stadionun qarşısına toplaşan Kanadada yaşayan 30-a yaxın erməni “Kobe, düzgün hərəkət elə!” şüarları qaldırıblar.

Türkiyəyə ərazi iddiaları irəli sürən ermənilər həm də onu Osmanlı imperiyası dövründə soyrım törətməkdə ittiham edirlər. Türkiyə ittihamları rədd edir.

Şərhlər (2)

Bu forum dayandırılıb

Günün bütün mövzuları

XS
SM
MD
LG