Suriyada referendum keçirilir

Suriya. Dəməşq. Referendumda iştirak edən suriyalı qadın

Suriyada ölkə Konstitusiyasına düzəliş edilməsilə bağlı referendum keçirilir.
Söhbət ölkədə çoxpartiyalı sistemin yaradılmasından gedir.
Suriya müxalifəti və bir çox dünya ölkələri prezident Bashar Assadın ölkədə zorakılıqların davam etdiyi bir şəraitdə referendum keçirməsini tənqid edirlər.
Hüquq müdafiəçilərinin məlumatına görə təkcə şənbə günü ölkədə 100-ə yaxın adam öldürülüb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları cümə günü Homs şəhərindən 27 yaralı çıxarıblar.
Suriyanın hökumət qoşunları şəhərin yaşayış məhəllələrini atəşə tutur.
Ötən il martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.
BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.