Keçid linkləri

2026, 13 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:09

Zelenski Ukraynada prezident seçkisinin keçirilməsi üçün şərtini açıqlayıb

Volodimir Zelenski və Donald Tramp Fransada G7 sammitində
Volodimir Zelenski və Donald Tramp Fransada G7 sammitində

Ukrayna prezidenti Volodimir Zelenski ölkədə prezident seçkilərinin keçirilməsi şərtini açıqlayıb. O, Amerikanın "ABC News" telekanalına müsahibəsində bildirib ki, bunun üçün döyüşlər 60 gün müddətinə dayandırılmalıdır.

"Prezident Trampa və onun komandasına dəfələrlə demişəm: seçkilər yolu ilə hansısa dəyişiklik istəyirlərsə, (Rusiya prezidenti Vladimir) Putinə desinlər ki, bizə iki ay, yəni 60 günlük tam atəşkəs versin, biz də seçkiləri keçirək. Əlbəttə ki, xalqımızın, Ukrayna xalqının istənilən seçiminə hazırıq", –Zelenski "ABC" telekanalının aparıcısı Conatan Karla söyləyib.

Ukrayna prezidenti müharibə dövründə seçki keçirməyin qanunla qadağan olunduğunu da xatırladıb: "Amma əsas məsələ budur ki, bundan ötrü təhlükəsiz infrastruktur yaradılsın və insanlara səs vermək imkanı tanınsın. Nə vaxt, necə və kimə səs verəcəklərinə ukraynalılar özləri qərar verirlər".

Oktyabrın 10-da ABŞ prezidenti Donald Tramp Ukrayna prezidentliyi postunda yeni şəxsi görmək istədiyini deyib. Onun fikrincə, Zelenski Rusiya ilə müharibəni bitirmək üçün yetərincə səy göstərmir.

Trampın Zelenskiyə qarşı iradı Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı neft emalı zavodlarına hücumları ilə bağlıdır. ABŞ prezidenti bu hücumların qlobal problem yaratdığını bildirərək Zelenskidən onları dayandırmağı tələb etdiyini vurğulayıb. Buna baxmayaraq, Ukrayna Rusiyadakı neft emalı zavodlarına zərbələri dayandırmayıb.

Ukraynada hərbi vəziyyət dövründə seçkilərin keçirilməsi qadağandır. Rusiya rəsmiləri isə Zelenskinin ilk prezidentlik müddətinin 2024-cü il mayın 20-də başa çatdığını əsas gətirərək onu dəfələrlə "qeyri-legitim prezident" adlandırıblar.

​
XS
SM
MD
LG