Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Cəbhəçinin aclıq aksiyasına başladığı deyilir


Z.Salayev
Z.Salayev

Penitensiar Xidmət: "Bizə yazılı müraciəti olmayıb"

Penitensiar Xidmətdən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Zamin Salayevin aclıq aksiyasına başlaması barədə məlumatlara münasibət bildirib.

"Turan"ın xəbərinə görə, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov deyib ki, bu barədə onlara yazılı müraciəti olmayıb.

M.Sadıqovun qeyd etməsinə görə, Z.Salayevin səhhətində problem olarsa, cəzaçəkmə müəssisəsində həkim var. "Penitensiar sistemdə yüksək səviyyəli tibbi xidmət fəaliyyət göstərir", - o vurğulayıb.

Həbsdəki AXCP fəalı işgəncələrdən danışdı
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Cəbhəçinin aclıq aksiyasına başladığı deyilir

Yerli hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Zamin Salayevin saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsində quru aclıq aksiyasına başladığı deyilir.

Bu barədə "Müdafiə xətti" təşkilatının həmtəsisçisi Rüfət Səfərov məlumat verib. Onun sözlərinə görə, Z.Salayev aclığa avqustun 4-dən başlayıb. "O bu gün zəng vurub bildirib ki, cəzaçəkmə müəssisəsində dustaqlara qarşı qeyri-insani davranışa, ağır şəraitə etiraz olaraq quru aclıq aksiyasına başlayıb".

Hüquq müdafiəçisi qeyd edib ki, Z.Salayevin səhhətində ciddi problemlər mövcuddur: "Onun ürək-damar sistemində problemlər var və aclıq onun vəziyyətinə mənfi təsir edə bilər".

Xatırlatma

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Zamin (Əlizamin) Salayev 2020-ci ildə 2 il 3 ay azadlıqdan məhrum olunub. Hökm aprelin 20-si Salyan Rayon Məhkəməsində çıxarılıb.

Z.Salayev Salyan Rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovun şikayəti əsasında həbs edilib.

Bir müddət öncə Z.Salayev sosial şəbəkədə video yayaraq H.Əzizovu qanunazidd və polis əməkdaşına yaraşmayan hərəkətlərdə günahlandırıb. Bundan sonra H.Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Z.Salayevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.

Məhkəmə polis kapitanının şikayətini təmin edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG