Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:27

Azərbaycanın müdafiə naziri Zakir Həsənov oktyabrın 8-də Belarusa gedib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, səfər Belarusun müdafiə naziri Andrey Ravkovun dəvəti ilə ilə baş tutub.

Səfər zamanı Z. Həsənov Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirəcək.

Bundan başqa, O, Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisələrə də baş çəkməlidir

Onun rəsmilərlə görüşlərində hərbi, hərbi-texniki,hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənir.

Buna da bax: Prezident həmsədrləri qəbul edib

Günün bütün mövzuları

XS
SM
MD
LG