Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:50

Prezident həmsədrləri qəbul edib


İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib. 7okt2017
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib. 7okt2017

Bu gün, oktyabrın 7-si prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini (Fransa), İqor Popovu (Rusiya), Endrü Şeferi (ABŞ) və bu qurumun fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdəDağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. Gələcək yüksək səviyyəli görüş haqqında söhbət aparılıb.

Sonra prezidenti İlham ƏliyevinATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri Endrü Şeferi ayrılıqda qəbul edib.

Buna da bax:​ Nazirlər görüşdü, həmsədrlər bəyanat verdi

Endrü Şoferə fəaliyyətində uğurlar arzulayan dövlət başçısı bildirib ki, ABŞ-dan olan əvvəlki həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində digər həmsədrlərlə birgə səylərini əsirgəməyiblər.

Ancaq münaqişənin həllinə indiyədək nail olunmadığını təəssüflə qeyd edən prezident vurğulayıb ki, buna səbəb Ermənistanın status-kvonu dəyişməz olaraq saxlamağa çalışmasıdır.

O deyib ki, Ermənistanişğal olunmuş torpaqların boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə məhəl qoymur. Prezident bildirib ki, Azərbaycanın bu münaqişənin tezliklə həllində maraqlıdır.

AZƏRTAC-ın xəbərinə görə, Endrü Şoferisə öz növbəsində vurğulayıb ki, münaqişənin beynəlxalq hüququn normaları əsasında, sülh yolu ilə həlli istiqamətində aparılan prosesdə səylərini əsirgəməyəcək.

Oktyabrın 6-da həmsədrlər Ermənistana səfər ediblər. Ona qədərsə amerikalı həmsədr Endrü Şeferi Dağlıq Qarabağda tanışlıq (O fəaliyyətə yenicə başlayıb) səfərində olub.

Həmsədrlərin Azərbaycan prezidenti Ilham Əliyevlə görüşündən sonra xarici işlər naziri Elmar Məmmədyarovla da görüşü gözlənilir.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Buna da bax: Ramiz Mehdiyev: 'Artıq proseslər dözülməz həddə çatıb'

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG