Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Yunis Səfərovun Suriyada təlim keçdiyi iddia olunur-YENİLƏNİR


Elmar Vəliyev, Gəncə şəhərinin icra hakimiyyətinin başçısı
Elmar Vəliyev, Gəncə şəhərinin icra hakimiyyətinin başçısı

Müsəlman Birliyi Hərəkatı: Absurd bir şeydir

Müsəlman Birliyi Hərəkatının təmsilçiləri hüquq müghafizə qurumlarının Y.Səfərlovla bağlı yaydığı birgə açıqlamada mənsub olduqları qurumun adının keçməsinin heç bir əsasının olmadığını bəyan ediblər.

Hərəkatın mətbuat katibliyindən AzadlıqRadiosuna deyiblər ki, Y.Səfərovun onlara heç bir aidiyyatı yoxdur.

“Müsəlman Birliyi Hərəkatının Yunis Səfərov adda üzvü yoxdur, olmayıb. Onun adını Müsəlman Birliyi Hərəkatına bağlamaq sadəcə olaraq, hadisəni dinə bağlamaqdan başqa bir şey deyil. Hakimiyyət istəyir ki, bu işi dindarlara, Müsəlman Birliyi Hərəkatına bağlasın. Absurd bir şeydir. Biz belə bir adam tanımırıq, hrəkatda belə bir adam olmayıb. Onuinla hər hansı bir iş birliyimiz, əlaqəmiz, tanışlığımız yoxdur. Bu məlumatlar saxtadır və hadisəni dini quruma bağlamaqdan başqa məqsəd güdmür. Onunla heç bir əlaqəmiz yoxdur”, hərəkatdan bildiriblər.

Mətbuat katibliyi qeyd edir ki, ola bilsin, Y.Səfərovun xanımının adından sosial şəbəkələrdə yayılmış səs yazısında T.Bağırovun adının çəkilməsi səbəbindən hərəkatı bu işə bağlamaq istəyiblər:

“Xanımın səs yazısında Taleh Bagırovun adı çəkilir. Bizə elə gəlir ki, bu versiyadan tutub, hadisəni Müsəlman Birliyi Hərəkatına bağlayırlar. Başqa bir dəlil-filan olmasına inanmırıq. Onun hər hansı video hazırlamasına da inanmırıq. Əgər həmin şəxs özü də bu addımı atmasını Taleh Bagırovun övladları ilə əlaqələndirsə belə, bu halda da hadisəni Müsəlman Birliyi Hərəkatı ilə bağlamaq doğru deyil. Əgər kimsə subyektiv olaraq, hansısa təşkilatı müdafiə məqsədilə bir addım atırsa belə, həmin addımı həmin təşkilatla bağlamaq nə qədər doğrudur?”, deyə mətbuat katibliyindən sual ediblər.

Müsəlman Birliki Hərəkatı bəyan edir ki, onlar yalnız sivil mübarizənin tərəfdarlarıdır və bu məsələdə adlarının hallanmasını təxribat sayırlar.

***

Gəncənin icra başçısına silahlı basqınla bağlı rəsmi açıqlama

“2018-ci il iyulun 3-də Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Fakt üzrə başlanmış cinayət işi üzrə həyata keçirilən istinaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır”

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti-nin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı basqınla bağlı iyulun 6-da yaydıqları birgə məlumatda belə yazılır.

Hüquq-mühafizə qurumları bildirir ki, Gəncə şəhərində doğulan Y.Səfərov 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşayıb. İddia olunur ki, Y.Səfərov həmin müddət Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib.

Onun 2017-ci ildə Gəncəyə gəldiyi, həmin ilin iyun ayında odlu silah əldə etmək məqsədi ilə «Kapitalbank»ın Gəncə filialında postda duran polis əməkdaşına hücum etdiyi, «Makarov» markalı xidməti tapançanı ələ keçirdiyi bildirilir.

Buna da bax: Rəsmi açıqlama: Gəncənin icra başçısı və mühafizəçisi, hər ikisi xəstəxanadadır

Rəsmi qurumlar vurğulayırlar ki, Y.Səfərov bu ilin yanvarından Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə izləyib, daha sonra onu qətlə yetirməyə cəhd edib. Hüquq-mühafizə qurumları habelə iddia edir ki, araşdırmalar zamanı Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bundan ötrü bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olduğu müəyyən edilib.

"Müsəlman Birliyi Hərəkatı" iddiası...

“O, bu məqsədini həyata keçirmək üçün "Müsəlman Birliyi Hərəkatı" adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb. Onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərib və iyul ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tutacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutub. Videomüraciətdə Y.Səfərov “"Müsəlman Birliyi Hərəkatı"nın sədri Taleh Bağırovun üç körpəsini başsız qoyan şəxsi öldürmüşəm, Azərbaycanda hakimiyyəti islam birliyi ələ almalıdır" deyərək, ölkə əhalisini vəzifəli şəxlərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış edib”, prokurorluğun açıqlamasında yazılır.

Videomüraciətdə Y.Səfərov “"Müsəlman Birliyi Hərəkatı"nın sədri Taleh Bağırovun üç körpəsini başsız qoyan şəxsi öldürmüşəm, Azərbaycanda hakimiyyəti islam birliyi ələ almalıdır" deyərək, ölkə əhalisini vəzifəli şəxlərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış edib”, prokurorlugun açıqlamasında yazılır.

Buna da bax: Əli Həsənov: ‘Gəncədəki hadisənin personajını qəhrəmanlaşdırmağa cəhd göstərdilər...’

Habelə vurğulanır ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Y.Səfərovla birgə daha 3 nəfər tutulub.

Rəsmi qurumlar qeyd ediblər ki, terror aktlarına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edənlərə qarşı qanunla müəyyən edilmiş ən ciddi tədbirlər görüləcək.

Y.Səfərovun özündən, vəkillərindən və açıqlamada adı keçən Rasim Əsədovdan bu ittihamlara, hələlik, hər hansı münasibət almaq mümkün olmayıb.
Açıqlamaya, hələlik, "Müsəlman Birliyi Hərəkatı"ndan da münasibət bildirilməyib.Həmin hərəkatın sədri Taleh Bağırov 2015-ci ildə Nardaranda 6 nəfərin ölümü ilə nəticələnən hadisələr ilə bağlı bir sıra ağır cinayətlərdə ittiham edilərək 20 il həbs cəzası alıb.

Qətil və daha bir çox ağır cinayətlərdə ittiham edilən Taleh Bağırov ittihamları qəbul etmir.Onun və tərəfdarlarının silahlarının olmadığını və heç kimi qətlə yetirmədiklərini bildirir.

Buna da bax: ‘Əgər, icra başçısı mühafizəçi ilə gəzirsə,...’-media icmalı ​

Xatırlatma

Rəsmi məlumata görə, iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovun saxlanaraq, tərksilah edildiyi qeyd edilir.

“Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb”, olayla bağlı hüquq-mühafizə qurumlarının açıqlamasında belə yazılırdı.

XS
SM
MD
LG