Yunanıstanın keçmiş baş nazir Lucas Papademos-un avtomobilində partlayış olub. Lucas Papademos yaralanıb. Olay mayın 25-də Afinada baş verib. Məlumatı BBC yayıb.
Reuters yazır ki, partlayıcı qurğu zərfin içində gözlədilib. Partlayış nəticəsində avtomobilin sürücüsü də yaralanıb. Hər iki yaralanı xəstəxanadadır, həyatları üçün təhlükənin olmadığı bildirilir.
Papademos 2011-2012-ci illərdə Yunanstanın baş naziri olub.