Azərbaycanın avtoməkanı... Sürücülər yol polisini lüzumsuz cərimələrdə ittiham edir, əks tərəfsə sürücüləri yol hərəkəti qaydalarını tez-tez pozmaqda. Bu günlərdə isə gündəmin əsas xəbərlərindən biri sürücünün diqqəti yayındıra biləcək söhbətdə iştirak etməsinə görə cərimələrlə bağlı olub. Bəs, sürücünün diqqəti yayındıran hərəkətdə iştirak edib-etmədiyi necə müəyyənləşdirəcək.
Bakı şəhəri Dövlət Yol Polis İdarəsinin sözçüsü Vaqif Əsədov bu suala belə aydınlıq gətirir:
Buna da bax: Avropa Məhkəməsinə gedən daha bir şikayət itib
“Gəlin, axtarmayaq ki, polis bu halı necə aşkarlayıb, sürücünü məsuliyyətə cəlb edəcək. Əsas məsələ təhlükəsizliyin təmin olunmasıdır. Təbii ki, polis əməkdaşı xidmət apardığı ərazidə vizual olaraq, qarşıdan gələn avtomobildə həm sürücünün, həm də sərnişinin hansı formada getdiyini görür. Burada problem sürücünün saxlanarkən, mən diqqət yarandan söhbətdə iştirak etməmişəm deməsi ola bilər”.
Vaqif Əsədov deyir ki, bu qayda Yol Hərəkəti haqda qanunun 37-ci maddəsində lap əzəldən var. Amma indiyə kimi bununla bağlı bir dənə də olsun protokol tərtib olunmayıb. Vaqif Əsədov ictimaiyyəti məlumatlandırmaq üçün belə bir qaydanın olduğunu xatırlatdıqlarını vurğulayır.
5 ildir Bakıda avtomobil sürət Bəxtiyar Hacıyevsə deyir ki, yol polisi üçün fərqi yoxdur, hətta qayda pozuntusu olmayan bir halı da pozuntu kimi göstərə bilər əsas odur ki, cərimə olsun:
Buna da bax: 'Yol polisinin danişmaq qadağasından sonrakı vəziyyət' [karikatura]
“Yol polisləri diqqətlə sürücüləri izləyir ki, hardasa nəsə bir qanun pozuntusu olsun, onları cərimələsinlər. Bu özü əslində sürücülərə böyük bir təhlükədir. Mən uzun müddətdir dövlət yol polisinin fəaliyyətini tənqid edirəm və bir çox sürücülərlə söhbətləşmişəm. Əksər sürücülər deyir ki, yolda avtomobili rahat idarə edə bilmirlər. Çünki sükan arxasında stress altında otururuq, hər an yol polisi xırda bir pozuntuya görə sürücün cərimələyə bilər. Bu da sürücüləri daha da gərginləşdirir”.
Bəxtiyar Hacıyev deyir ki, Avropada, Amerikada da avtomobil idarə edib. Amma nəinki bir dəfə cərimələnmək, heç yol polisi rastına belə çıxmayıb. Bəs, Azərbaycanda durum niyə fərqlidir, problem nədədir? Bu mövzunu günün digər əsas xəbərlərindən sonra davam edəcəyik. Bizi izləyin.
Sosial mediada tez-tez sürücünün qanunsuz olaraq, cərimələnməsi haqda fikirlər paylaşılır. Əsas məqsədin nizam-intizam yaratmaq yox, daha çox şəxsi cərimələmək olduğu iddia olunur.
Buna da bax: 'Prezident deyir varlı ölkəyik. Varlı ölkənin belə kitabxanası olarmı?'
Ən çox rast gəlinən şikayətlər gizli radarlar, yollarda sürət həddinin dəyişməsi haqda hər hansı xəbərdaredici nişanların olmamasından şikayətlər var.
Sentyabrın 5-də hüquqşünas Ələsgər Məmmədliyə yol polis sürət həddini aşma haqda protokol tərtib edib və onun 50 manat cərimələndiyi bildirilib. Ələsgər Məmmədli Yol Polisinə göndərdiyi cavab məktubunu öz "Facebook" hesabında da paylaşıb. Qanunun tələblərinə tam əməl etdiyini, yanlış tərtib olunmuş protokolun ləğvini tələb edib:
“Fotodan aydın görünür ki, mənim şəklimi çəkən radarın sürət tənzimləməsi 90 km yox, 110 km olmalı idi. Əgər 90 km müəyyən edilibsə dairədən maşınadək olan yerdə bu işarə olmalı və şəkildə də aydın görülməli idi.
Bir sözlə bu şəkildən də aydın görünür ki, protokol səhv tərtib olunub”.
Buna da bax: Bakı-Tbilisi-Qars-ın oktyabrda açılacağı deyilir
Bir aydan çox vaxt keçsə də hüquqşünasın məktubu hələ də araşdırılır.
Yol hərəkəti üzrə hüquqşünas Ərşad Hüseynov deyir ki, cərimələrin əsas məqsədi təhlükəsizliyi təmin etmək olmalıdır. Lakin Azərbaycanda həm sürücülər, həm də polislər bunu bəzən yanlış anlayır:
“Yəni, fəaliyyətin təşkilində də qüsurlar var. Ona görə də cəmiyyətdə əsas məqsədin cərimələrin tətbiqi olması görüntüsü yaranır. Cəmiyyətin özündə də problemlər var. Bəzən sürücülər fikirləşirlər ki, hansısa bir qaydanı pozanda nə olur ki? Bunun bir cavabı var, xeyir qaydanı pozmaq olmaz. Bax, cəmiyyətdə başqa bir cərimələrlə bağlı fikir səhv başa düşülür. Qanunda deyilir ki, fikri yayındıran söhbətlərdə iştirak etmək olmaz. Söhbət eləmə yox, yəni bu söhbətlərdə iştirak etmə. Yəni, sükanı buraxıb, əl-qolla danışma, geri çönüb arxadakı sərnişinə baxa-baxa danışma və s. bu saat daha bir yanlış fikrin arxasınca gedir”.
Ərşad Hüseynov bütün sürücülərə və piyadalara tövsiyə edir ki, istənilən qayda bütün tərəflərin təhlükəsizliyini qorumaq üçündür. Nəyin nə qədər cəriməsi olduğu haqda danışmaqdansa, bu qaydalara əməl etməyi düşünmək daha önəmlidir.
Buna da bax: