Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Yol polisi yalnız cərimələmək üçündürmü?


Paşinyan Əliyevlə görüşdən sonra nədən narazı qalıb?
Gözlə

No media source currently available

0:00 0:14:35 0:00

Paşinyan Əliyevlə görüşdən sonra nədən narazı qalıb?

Azərbaycanda sürücü yol polisi münasibətləri ən çox mübahisələrə səbəb olan, zaman-zaman gündəmə gələn mövzulardan biridir. Son zamanlar isə sürücülərin yersiz cərimələri ilə bağlı şikayətlərin ardı-arası kəsilmir.

Belə sürücülərdən biri olan gənc fəal Bəxtiyar Hacıyev deyir ki, tez-tez bu mövzuda yol polisi ilə mühabisəsi çıxır. O 7 ildir Bakıda maşın sürür, tez-tez sosial şəbəkələrdə yol polisi ilə bağlı tənqidi statuslar paylaşır:

“Ümumilikdə götürəndə yol polisinin məqsədi yol-hərəkətinin təhlükəsizliyini təmin etməkdən daha çox, sürücüləri cərimələməkdir. Mən də bir neçə dəfə səbəbsiz cərimələnmə halları ilə üzləşmişəm. Məsələn, həyətdan çıxarkən, maşının işıqlarını yandırmağı unutmuşam. Xaricdə yol polisi buna görə sənə xatırlada bilər, amma Azərbaycanda dərhal cəriməyə keçirlər. Dayan və ya dönmə xətti bir 3 sm tapdalanırsa, dərhal cərimə yazılır”.

Bəxtiyar Hacıyev deyir ki, qanunları bildiyinə və haqqını tələb etdiyinə görə bəzən onu sosial şəbəkələrdə “demoqoq” da adlandıranlar da olur. Amma o bildirir ki, rastlaşdığı problemlərlə əslində hər bir sürücü üzləşə bilər.

Bakıdakı söhbət etdiyimiz sürücülərin də ürəyi doludur, deyirlər, cərimələr çox yüksəkdi, üstəlik də vaxtında silinmədiyi üçün üstünə əlavə faiz də hesablanır:

Sürücü kimi yol cərimələrini nə qədər ədalətli sayırsız?
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Dövlət Statisika Komitəsinin məlumatına görə 2018-ci ildə yol hərəkəti qaydalarının pozulmasına görə, 85 milyon manat məbləğində cərimələnmə halları olub. Qaydaların pozulmasına görə inzibati xətaların sayı 2017-ci illə müqayisədə 1, 3 faiz artaraq, 3,5 milyona çatıb.

Yerli mediada, social şəbəkələrdə yol polisi tez-tez büdcəni doldurmaq məqsədilə sürücüləri cərimələkdə tənqid olunur.

Amma Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bu cür tənqidlərlə razılaşmır. Onun fikrincə, intizamsızlığa meylli sürücü yol polisini sevməz. O deyir ki, sürücülərə nəzarət olmasa, yollarda nizam-intizam olmaz:

“Təsəvvür edin nizamlanan və nizamlanmayan yollarda bizim yol polisi əməkdaşları olmasa qısa müddətdə yollarda tıxac yaranar. Çünki bütün sürücülər avtomobili tələsirəm prinsipi ilə idarə edir. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində dünyanın ən yüksək göstəriciləri olan qurğu və texnikalardan “I-patrul” sistemindən istifadə edilir. Yol-hərəkəti pozuntuları aktları da məhz bu sistemlər vasitəsi ilə təyin olunur”.

Yol təhlükəsizliyi üzrə ekspert İlqar Hüseynli isə Dövlət Yol Polisinin yeni texnologiyalardan istifadəsini yüksək qiymətləndirir. Amma bildirir ki, hələ də sürücülərin əsassız cərimələnməsi halları var:

“İlkin olaraq, onlara xəbərdarlıq etmədən birbaşa protokol tədqim olunur. Bax, bu mübahisəli məsələdir. Məsələn, bir il öncə Azadlıq prospektində 8-ci mikrorayona dönən dairədə sola dönməni qadağa edən işarə qoyuldu. Həmin yolda radarlar vasitəsilə minlərlə sürücüyə protokollar gəldi. Amma yaxşı olardı ki, bu sürücülər öncədən məlumatlandırılaydılar”.

İlqar Hüseynli bildirir ki, Azərbaycanda yollarda qayda pozuntularının sayının azaldılması həm sürücülərdən və yol polisindən, həm də piyadalardan aslıdır. Sürücülər qaydalara əməl etsə, polis də işini ancaq cərimə xatirinə deyil, sürücünü intizama cəlb etmək üzərində qursa problem qısa müddətdə həllini tapar.

Dövlət Statistika Komitəsi bu ilin fevralında 2018-ci il ərzində yol hərəkəti qaydalarının pozulması ilə bağlı göstəriciləri açıqlayıb.

Bu məlumata görə xətaların az qala yarısı - 49,6 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması ilə bağlıdır. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, dayanma və ya durma qaydalarının pozulması, icbari sığorta müqaviləsinin bağlanmaması, təhlükəsizlik kəmərini bağlanmaması da çox yayılmış qayda pozuntuları arasındadır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG