Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:34

Yerevanda hərbçi ailələrinin etirazı günboyu davam edib


Yerevan-Hökumət evinin qarşısında etiraz aksiyası, 9 avqust 2021
Yerevan-Hökumət evinin qarşısında etiraz aksiyası, 9 avqust 2021

Azərbaycanda saxlanan erməni hərbçilərinin yaxınları avqustun 9-da Yerevanda hökumət evinin qarşısında yenidən etiraz aksiyası keçirirlər.

AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə, baş nazir Nikol Paşinyanla görüş tələb edən etirazşılar bildiriblər ki, tələbləri yerinə yetirilməyincə dağılışmayacaqlar.

Aksiyaçılar bildiriblər ki, son Qarabağ savaşı zamanı Azərbaycan tərəfindən əsir götürülmüş 62 nəfərin hələ də 38-i Bakıda saxlanır. Onlar bildiriblər ki, hakimiyyət əsirlərin qaytarılacağını vəd etsə də hələlik problem həll olunmayıb.

Qeyd edək ki, həmin erməni hərbçilər, 2020-ci ilin payızında Qarabağ müharibəsinə son qoyan atəşkəs razılaşmasından sonra Hadrud ətrafında saxlanıblar.

Ermənistan onları hərbi əsir sayır və buraxılmasını tələb edir. Azərbaycan isə dəfələrlə bildirib ki, onlar ötən il noyabrın 10-da imzalanmış atəşkəs razılaşmadan sonra saxlandıqlarına görə, hərbi əsir sayılmır, onlar terrorçu-diversant qrupun üzvləridirlər.

Qeyd edək ki, həmin hərbi əsirlərin bir qismi sonradan mina xəritələrinin verilməsi qarşılığında azad olunub.

Amma bir qismi məhkəməyə cəlb edilib və artıq bir neçəsinə müxtəlif müddətlərlə həbs cəzası kəsilib.

Xatırlatma

Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib.

Qarabağda erməni icmasının yaşadığı Azərbaycan əraziləri ilə Azərbaycan ordusunun təımas xətti arasında isə Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG