Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 23:37

336 yeni yoluxma, 5 ölüm


3 min 992 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son gündə Azərbaycanda koronavirus infeksiyasına 336 yeni yoluxma faktı qeydə alınıb, 183 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirib.

Qurumdan deyilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər də vəfat edib.

Verilən məlumata görə, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 5 min 600 test keçirilib. Bununla da ölkədə aparılan test sayının 363 mini keçdiyi açıqlanıb.

Azərbaycanda koronavirusa ilk yoluxma halının fevralın 28-də qeydə alındığı bildirilib.

"Koronavirusa yoluxduğunu gizlədən var"

"Koronavirusa yoluxduğunu gizlədən insanlar var". Bunu iyunun 12-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib. Onun sözlərinə görə, bu, ölüm səviyyəsini artırır, başqa insanların yoluxmasına şərait yaradır: "Vəziyyət hələ nəzarət altındadır. Ancaq insanlar qaydalara ciddi riayət etməlidir. Vəziyyətin daha ciddi olmasının qarşısını almaq üçün vətəndaşlarımızı məsuliyyətli olmağa çağırıram".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 7 milyon 630 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 424 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyədək ümumilikdə 9 min 218 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 113 nəfər vəfat edib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirildiyinə görə, virusa yoluxanlardan 5 min 113 nəfər müalicə olunaraq sağalıb, 3 min 992 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Multimedia

XS
SM
MD
LG