Hacıqabulda 38 yaşlı kişinin özünü asaraq intihar etdiyi bildirilir.
APA-nın məlumatına görə, Hacıqabul rayonu Nəvahi kənd sakini, 1979-cu il təvəllüdlü Nüstəy Baxşıyevin meyiti yaşayış evinin həyətində yerləşən yardımçı tikilidə asılmış halda tapılıb.
Onun intihar etidyi güman edilir.
Onun asılmış meyiti gecə saat 3.00 radələrində yaxınları tərəfindən tapılıb.
Mərhumun 3 azyaşlı uşağı var. Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır