Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 02:33

'Qadağan olunmuş informasiya' 8 saat ərzində saytdan götürülməsə... [video]


Hökumət istədiyi xəbər saytını bağlayacaq. Qanun dəyişdirilir
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Hökumət istədiyi xəbər saytını bağlayacaq. Qanun dəyişdirilir [A-Live]

Milli Məclisə təqdim olunan iki qanun layihəsinə dəyişiklik qəbul olunsa, hökumət istədiyi saytdan istədiyi məlumatı çıxartmağı tələb edə bilər, çıxartmasalar, həmin saytı bağlaya da bilər.

Söhbət “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”“Telekommunikasiya haqqında” qanunlara dəyişiklik təkliflərindən gedir.

Buna da bax:​ Telekommunikasiya qanununa dəyişiklik

Qanuna dəyişiklik təklifləri bunlardır:

1. Saytda qadağan olunan informasiya yayılarsa, müvafiq icra qurumu ona və host provayderə dərhal xəbərdarlıq edəcək.

2. Saytın sahibi xəbərdarlıq alanda həmin informasiyanı dərhal saytdan yığışdırmalıdır.

3. Yayılması qadağan edilən informasiya xəbərdarlıqdan sonrakı 8 saat ərzində saytdan götürülməsə, müvafiq orqan saytın məhdudlaşdırılması üçün məhkəməyə müraciət göndərir.

4. Əgər bu informasiya dövlət və cəmiyyət üçün təhlükəlidirsə məhkəmənin qərarı olmadan müvafiq qurum saytı bağladacaq və bundan sonra məhkəməyə müraciət edəcək.

5. Müvafiq qurumun məhdudlaşdırdığı sayta giriş məhkəmə baxışı başa çatanadək qapalı olacaq. Məhkəmə bu müraciətə 5 günədək müddətdə baxacaq.

Bəs qadağan olunmuş informasiya nədir?

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, bunlar şəxsi həyat, dövlət, peşə, istintaq, kommersiya və s. sirləridir və bu haqda “KİV haqqında qanun”da və “İnformasiya sirri haqqında” qanunda məlumat verilir.

Buna da bax: Xüsusi əməliyyatlar zamanı bilgi almaq çətinləşdi

Ələsgər Məmmədli hesab edir ki, dəyişiklik qəbul edilsə, hətta qadağan olunmamış məlumatlar da, siyasi hakimiyyətin maraqlarına cavab vermirsə, saytlardan götürülə bilər.

"Bu qanunun özü legitimlik baxımından çox ciddi problem yaradır. Bu dəyişikliklər məhdudlaşdırıcı xarakter daşıyır, bizim Konstitusiyada, başqa normativ aktlarda və Konvensiyanın 10-cu bəndində göstərilən ifadə azadlığını normadan artıq və balanssız məhdudlaşdırma kimi qəbul olunacaq".

Azərbaycanın Mətbuat Şurası martın 3-dəki toplantısında bu mövzunu da müzakirə edib. APA xəbər agentliyi yazır ki, Şura üzvləri dəyişiklikləri önəmli hesab ediblər, bildiriblər ki, internet məkanında tənzimləmələr artsa, məsuliyyət də artacaq, neqativ hallardan sui-istifadə meylləri aradan qaldırılacaq.

Buna da bax:​ İnterneti tənzimləyən qanunlara dəyişiklik edilir

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, dəyişikliklər əsasən “.az” domenli saytlara aiddir, onlar bağlana bilər. Amma qeyri-“.az” domenli saytlar da ölkə daxilində bloklana bilər.

Həbib Müntəzir
Həbib Müntəzir

Hakimiyyəti tənqid edən materiallar yayan MeydanTV-nin sosial şəbəkə meneceri Həbib Müntəzir deyir ki, bütün hallarda onlar fəaliyyətlərini davam etdirə biləcəklər:

Bu qaydaların olması müstəqil mediaya təzyiqdir. Amma 21-ci əsrdə yaşayırıq. Heç bir halda internetdə hansısa məlumatı qadağan etmək mümkün deyil. VPN-lər, TOR brauzerlər vasitəsilə istənilən sayta çıxış mümkündür.

Buna da bax:​ “Azad olmayan Azərbaycanın” son azadlıqları da tükənir

Bakı sakinləri bu barədə nə düşünür?

Hökumətə saytları bağlamaq səlahiyyəti verilsinmi?
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin sədri Osman Gündüz isə tələsməməyi, dəyişikliklərin informasiya azadlığını pozacağı ilə bağlı nəticə çıxartmamağı məsləhət görür. O hesab edir ki, Azərbaycan müharibə şəraitindədir və bu halda ölkənin təhlükəsizliyi üçün məlumatları nizamlamağa ehtiyac var. Amma Osman Gündüz deyir ki, məhkəmə qərarı olmadan məmurun saytı bağlamaq barədə qərar vermə səlahiyyəti gərək ictimai müzakirəyə çıxarılsın, bu subyektivlik problemi yarada bilər.

Sərhədsiz Reportyorlar Birliyinin son hesabatına görə, Azərbaycan söz azadlığının vəziyyətinə görə 180 ölkə arasında 163-cü yerdədir. Hakimiyyət rəsmiləri isə medianın azad olduğunu bildirirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG