Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:10

Baş nazirin müavini də dilə gəldi [video]


Hansı dövlət idarələrində ixtisarlar gözlənir?
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

Hansı dövlət idarələrində ixtisarlar gözlənir?

Bürokratik aparatın şişməsini bu dəfə baş nazirin müavini Əli Əhmədov dilə gətirib.

Müstəqil ekspertlər həm bunu, həm də dövlət vəsaitlərindən səmərəsiz istifadəni, korrupsiyanı, süründürməçiliyi ölkədə islahatların qarşısında əsas sədlərdən biri kimi dəyərləndirdilər.

Buna da bax:​ 'Mən vəkil kimi məmur qapısında 3-4 saat gözləyirəmsə...'

Baş nazirin müavini Əli Əhmədov Azərbaycan qəzetində dərc etdiyi məqalədə Azərbaycanla ABŞ, Almaniya, Yaponiya, Rusiyanı müqayisə edir. Yazır ki, bu ölkələrlə müqayisədə Azərbaycanda dövlət idarəçiliyi sahəsində çalışanlar 2.5 dəfə daha çoxdur. Belə ki, Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşürsə, adıçəkilən ölkələrdə bu göstərici 100-110 nəfər arasındadır.

Əli Əhmədov
Əli Əhmədov

“Bürokratik aparatın əsassız şişməsi dövlətlərin əksəriyyətində müşahidə olunan hadisə sayıla bilər. Bu isə, öz növbəsində, büdcə xərclərinin artması ilə yanaşı, idarəçiliyin keyfiyyət parametrlərinin azalması ilə müşahidə olunur. Statistik məlumatlar Azərbaycanda bu sahədə ciddi tədbirlərin görülməsinə ehtiyac olduğunu göstərir”.

Buna da bax:​ 'Bizdə 20, o boyda Almaniyada 14-15 nazirlik var' [video]

Sonda baş nazirin müavini çıxış yolunu ixtisarlarda görür.

Biz Bakı sakinlərinin də fikrini öyrənmişik. Onlardan soruşmuşuq ki, sizcə, Azərbaycanda hansı dövlət orqanlarında ixtisarlar mümkündür:

Hansı hökumət orqanlarında ixtisar vacibdir - vətəndaş mövqeyi
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, illərdir idarəetmədə ixtisarların zəruriliyi vurğulanıb. Neft gəlirləri azalandan sonra nəhayət ki, hökumət bu haqda fikirləşməyə başlayıb. Qubad İbadoğlu ixtisar olunmalı sahələri yadda salır:

“Elə birinci Əli Əhmədovun özünün təmsil olunduğu Nazirlər Kabinetdə ixtisarlara ehtiyac var. İkincisi istiqamətlər bir-birini təkrarlayan idarəetmə strukturları var. Onların ləğvi prosesi getməlidir. Paralelçilik aradan qaldırılmalıdır. Bu gün Azərbaycan məmurlarının əksəriyyətinin yaş, korrupsiyaya meyllik, təfəkkür problemi var. Bu da idarəetmənin keyfiyyətini aşağı salır”.

Buna da bax:​ İndiyə kimi hansı sahədə islahat olub?

Qubad İbadoğlu
Qubad İbadoğlu

Qubad İbadoğlu əlavə edir ki, hakimiyyətin nə büdcə, nədəki idarəetmədə hər hansı islahat aparacağına inanmır.

Amma ondan fərqli olaraq, milli məclisin deputatı Vahid Əhmədov düşünür ki, prezident İlham Əliyevin siyasi iradəsi ilə Azərbaycan hakimiyyəti islahatları gerçəkləşdirə biləcək:

"Ciddi struktur, kadr və institusional islahatlar olmalıdır. Biz keçirik. Bizdə sovet dönəmindən qalma strukturlar fəaliyyət göstərir. Cənab prezident strateji yol xəritəsi imzalayıb. Bu xəritəni reallaşdırmaq üçün 11 sahə üzrə çox ciddi islahatlar olmalıdır".

Buna da bax:​ 'Saysız-hesabsız fərmanlar və gurultulu vədlər əks effekt verdi'

Azərbaycanının Nazirlər Kabinetinə 18 nazirlik, 9 dövlət komitəsi, 5 xidmət daxildir. Tutalım Fövqəladə hallar nazirinin 7 müavini var. Başqa bir nümunə - vergilər nazirinin 4 müavini, 11 müşaviri var. Beləcə, siyahını artırmaq da olar.

Amma ekspertlər düşünürlər ki, tək problem lazımsız vəzifələrin çoxluğu deyil. Dövlət müəssisələrində hələ də ştat cədvəllərində adı olan “ölü canlar” var. Yəni, kiminsə adı işçi kimi keçir, amma şəxs orada çalışmır. Exo qəzetinin ötən il bununla bağlı araşdırması olmuşdu. Qəzet qeyd edirdi ki, bu hal dövlət qurumlarında geniş yayılıb, dövlət pullarının cəmləşdiyi yerdə «ölü canlar» avtomatik olaraq ortaya çıxırlar.

Buna da bax: «Yeni Müsavat»: Bir neçə nazirlik ləğv ediləcək

İqtisadçı Qubad İbadoğlu isə hesab edir ki, yüksək vəzifələrin ixtisarı və ya ümumiyyətlə ləğvindən başqa həm də orta və aşağı ranqlı məmurların maaşı artırılmalıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG