Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:39

İndiyə kimi hansı sahədə islahat olub?


Regionda "Qul bazarı" , arxiv
Regionda "Qul bazarı" , arxiv

Azərbaycanda xüsusilə yeni vitse-prezidentin təyinatından sonra ölkədə ciddi islahatlar olacağı, hakim komandanın tərkibində yeniliklər barədə proqnozlar artıb. Ümumiyyətlə, bu vaxta kimi , son 25 ildə hansı sahələrdə əhəmiyyətli islahatlar olub? Yoxsa bunlar yalnız ümidlərdir?

Politoloq Zərdüşt Əlizadə deyir ki, nəyi isə dəyişmək istədikdə islahat həyata keçirilir. Politoloqun fikrincə, indiki hakimiyyətin qurduğu hökumət şəxsi mənafeyə xidmət etdiyindən nəyi isə dəyişmək məqsədi görünmür.

Zərdüşt Əlizadənin sözlərinə görə, bəzi kadr islahatları aparılsa da, mahiyyət dəyişməyəcək. Politoloq bildirir ki, hakimiyyət 25 ildir ki, xalqı “Xəyal plovu” ilə qidalandırır.

Zərdüşt Əlizadə: "Nəyisə dəyişmək məqsədi görünmür"
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00
Direct-ə keçid

Siyasi şərhçi Azər Rəşidoğlunun fikrincə, ölkədə idarəetmə dəyişməyincə, yeni kadr təyinatları ilə ölkədə islahatların aparılması imkansızdır. Onun sözlərinə görə ölkədəki idarəetmə qüsurludur, vətəndaş cəmiyyəti və müstəqil media tamamilə sıradan çıxarılıb. Və belə bir zamanda islahatların aparılması mümkünsüzdür.

Azər Rəşidoğlu deyir ki, islahatlar ilk növbədə müstəqil məhkəmə sisteminin formalaşmasından başlamalıdır. Ekspert bildirir ki, islahatları aparmaq üçün ilk növbədə ciddi iradə və istək lazımdır. Onun sözlərinə görə hazırda bu istək görünmür.

Azər Rəşidoğlu: "idarəetmə qüsurludur"
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00
Direct-ə keçid

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin sözlərinə görə, 2015-ci ildən ölkə böhran vəziyyətinə düşəndən sonra hakimiyyət vəziyyətdən çıxış yollarını axtarır. Onun fikrincə, böhrandan çıxış yolu yalnız islahatlardan keçir.

Mehman Əliyev bildirir ki, hakimiyyət bu məqsədlə “Yol xəritəsi” hazırladı və referendum keçirmək qərarı verdi. Siyasi şərhçi bildirir ki, prezidentin dediklərinə əsaslansaq, aprel ayından həm institusional dəyişikliklər, həm də digər dəyişikliklər ola bilər. Mehman Əliyev bildirir ki, islahatsız ölkənin bu vəziyyətdən başqa çıxış yolu yoxdur.

Mehman Əliyev: "böhrandan çıxış yolu yalnız islahatlardan keçir"
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00
Direct-ə keçid

Milli Məclisin deputatır Rasim Musabəyov deyir ki, islahatlar elan olunub. Onun sözlərinə görə, islahat ilk növbədə iqtisadi sahədə nəzərdə tutulub. Deputatın fikrincə kadr dəyişikliklərinin olacağı da istisna deyil.

Rasim Musabəyov qeyd edir ki, bu vaxta qədər zaman-zaman müxtəlif sahələrdə islahatlar aparılıb və bu islahatlar davamlı olacaq.

Rasim Musabəyov: "ilk növbədə iqtisadi sahədə ..."
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00
Direct-ə keçid

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG