Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:26

YAP-ın 25 illik dövrü nə ilə yadda qalıb? [video]


YAP 25 il bütün seçkilərdə necə qalib olur?
Gözlə

No media source currently available

0:00 0:14:31 0:00

YAP 25 il bütün seçkilərdə necə qalib olur? [A-Live]

Yeni Azərbaycan Partiyası fevralın 8-də, özünün 6-cı qurultayında, prezidentliyə namizəd irəli sürüb – 15 ildir ki, prezidentlik kürsüsündə oturmuş İlham Əliyev yenidən seçkiyə gedəcək.

25 ildir Azərbaycanda hakimiyyətdə olan bu partiya zaman-zaman əsasən keçmiş kommunist bürokratlardan təşkil olunması, köhnə qaydalarla idarə edilməsinə görə tənqid edilir.

Politoloq, “Demokratiya - gediləsi uzun yol” kitabının müəllifi Hikmət Hacızadə deyir ki, YAP-da məsləhətləşmələr aparılmır, hətta hökumətdə vəzifələr bölüşdürüləndə də bir ailənin qərarı hər şeyi həll edir:

Buna da bax: N.Məmmədov: 'Yeddi ilin memarı İlham Əliyev olmalıdır'

"Dövlət seçkilərində iştirak da demokratik olmalıdır. Rəhbərlikdən bir siyahı gəlməməlidir ki, kimdir namizəd. İzah edilməlidir. Bunu da partiyadaxili ilkin seçki ilə həll etmək olar. Partiyada diskussiyalar aparılmalıdır. Bunlar da bizim Konstitusiyamızda yazılıb".

Hikmət Hacızadə
Hikmət Hacızadə

Hikmət Hacızadə deyir ki, YAP dövründə Azərbaycanda demokratiya zəiflədi, fundamental azadlıqlar məhdudlaşdırıldı. Prezident İlham Əliyev isə YAP-ın qurultayında deyib ki, Azərbaycanda bütün azadlıqlar tam təmin olunub və partiya çalışmalıdır ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşa və bunu edəcək.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Əliyev hakimiyyətinin ənənəvi tənqidçisi, Corc Meyson Universitetinin fəxri professoru Riçard Kauzlariç deyir ki, bu partiyanın ideoloji bazası heç vaxt olmayıb, partiyanı yaratmaqda məqsəd elə Heydər Əliyevi hakimiyyətə gətirmək olub:

Buna da bax: Əliyev: 'Demokratik inkişafla bağlı yeni addımlar atılacaq'

"Bu partiyanın rolu hələ də Əliyev rejimini hakimiyyətdə saxlamaqdır. YAP qeyri-demokratik şəraitdə keçirilən seçkilərdə öz siyasi dominantlığını saxlayıb. O hələ də müxalifət partiyaların azad və ədalətli seçkilərdə iştirakına imkan vermir".

Hakim partiya 700 mindən çox üzvünün olduğunu bildirir.

Partiyanın siyasi rəqibi, “Müsavat” partiyasının sədri Arif Hacılı isə bu rəqəmin reallığı əks etdirmədiyini deyir:

Arif Hacılı
Arif Hacılı

"Büdcə təşkilatlarında çalışanlar məcburən üzv edilirlər. Əgər üzv olmasalar, vəzifələrini itirə bilərlər. Reallıqda, əqidəli olaraq bu partiyaya üzv olanların sayı, formal olaraq bu partiyaya üzv olanların sayından on dəfələrlə azdır".

Yeni Azərbaycan Partiyasının yetkililəri, bundan əvvəl, zorla üzvolma ilə bağlı iddiaları rədd etmişdi.

Buna da bax: 'Növbədənkənar seçki, qurultay və qohumların hakimiyyəti'

Yeni Azərbaycan Partiyasının üzvü olmaq hansı üstünlükləri qazandırır? Bu sualı Bakı sakinlərindən soruşmuşuq:

Xalqın YAP-a inamı nə qədərdir?
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Prezident İlham Əliyev isə qurultaydakı çıxışında deyib ki, YAP ölkənin aparıcı siyasi qüvvəsidir, onun ideyalarını xalq dəstəkləyib və bu partiyaya gənclərin üzv tutması onu sevindirir:

İlham Əliyev YAP-ın 6-cı qurultayında
İlham Əliyev YAP-ın 6-cı qurultayında

"Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanmışdır və bu 25 il qələbələr salnaməsidir. 1992-ci ildə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan şəhərində keçirilmiş partiyamızın təsis konfransı tarixi hadisə idi və 25 ildən sonra biz bunu əyani şəkildə ölkəmizdə mövcud olan vəziyyətdə, əldə etdiyimiz uğurlarda görürük".

Müsavat başqanı Arif Hacılı isə deyir ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk dövrlərdə partiya çox ictimai siyasi həyatda, müzakirələrə iştirak edirdi, onun sözlərinə görə, getdikcə ölkədə demokratik vəziyyət pisləşdikcə, bu partiyanın da təsir qüvvəsi azaldı, heç hakim ailənin özünün də bu partiyaya indi ehtiyacı qalmayıb, indi partiyadan daha çox təzyiq qrupu kimi istifadə olunur.

Buna da bax: İlham Əliyevin hakimiyyətə gəlişi

Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci ildə olub, Heydər Əliyev sədr seçilib. O vaxta qədər, “91lər” adı ilə tanınan 91 nəfər ziyalı, Heydər Əliyevin yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi üçün müraciət etmişdi.

Partiyanın sədri Heydər Əliyev 1993-cü ildə prezident seçkisində qalib gəlib. Bundan sonra keçirilən seçkilərin hamısının rəsmi qalibi YAP elan olunub. Beynəlxalq təşkilatlar və müxalifət nəticələrin saxtalaşdırıldığını desələr də, hakimiyyət bununla razılaşmayıb.

Növbəti, prezident seçkisi isə aprelin 11-də keçiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG