Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:53

Yüzdən çox yazıçı və jurnalist siyasi məhbusların müdafiəsinə qalxdı


Sankt Peterburqda təkadamlıq piket
Sankt Peterburqda təkadamlıq piket

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Rusiyada yüzdən çox yazıçı, adəbiyyatşünas, jurnalist və intellektual ölkənin siyasi məhbuslarına dəstək məktubu yazıb.

Memorial insan haqları təşkilatının məlumatına görə Rusiyada hazırda 64 siyasi məhbus var.

Sözü gedən məktubun tam mətni Colta.ru saytında dərc olunub.

Məktubda deyilir:

"Hər cümə günü yüzlərlə piketçi Moskva və Sankt Peterburqun metro stansiyaları qarşısına çıxır. Onlar sizin üçün ədalət və azadlıq tələb edirlər. Həftəlik piketlər Rusiyanın başqa şəhərlərində də ənənəyə çevrilir. Biz hər gün sizin haqqınızda, sizə qarşı irəli sürülmüş ittihamlar və sizin barənizdə hökmlərin ədalətsizliyi haqqında həqiqətləri yayırıq”.

Məktubda qeyd olunur ki, onu imzalayanlar siyasi məhbusların doğma və yaxınlarına dəstək olmaq üçün bütün vasitələrdən istifadə edirlər:

“Biz ümid edirik ki, bizim bugünkü müraciətimiz sizin hər birinizin olduğu kameralara və baraklara çatacaq və siz tək olmadığınızı, yüzlərlə insanın daim sizin taleyiniz haqqında düşündüyünü biləcəksiniz”.

Bundan az əvvəl xəbər verilmişdi ki, Rusiyanın Penza şəhərində məhkəmə “Set” (“Şəbəkə”) adıyla tanınan qrupun yeddi fəalını terrorçuluq ittihamlarında təqsirli bilərək altı ildən 18 ilədək həbsə məhkum edib.

Fevralın 10-da Privoljski rayon məhkəməsi 23-30 yaşlı kişiləri terrorçu qrupa üzvlükdə təqsirli bilib. Onlardan bəziləri həmçinin qanunsuz silah və partlayıcı maddə saxlamaqda, qanunsuz narkotik satmağa cəhddə təqsirli bilinib.

Qrup üzvləri 2017-ci ilin oktyabrında həbs olunublar. Federal Təhlükəsizlik Xidməti (FSB) onların Moskvada, Sankt Peterburqda, Penza və Omskda, eləcə də qonşu Belarusda özəkləri olan terrorçu qrup yaratdığını bildirib.

İttihamnaməyə görə, qrup 2018-ci il prezident seçkisi və dünya futbol çempionatı zamanı Rusiyada bir sıra partlayışlar törətməyi, ölkədə “sabitsizlik yaratmağı”, silahlı qiyam təşkil etməyi planlaşdırıblar.

İnsan haqları fəalları işin qurama olduğunu deyirlər. Fəallardan bəziləri təcridxanada dəhşətli işgəncə gördüklərini iddia etsələr də, İstintaq Komitəsi iddiaları rədd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG