Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Rusiyada ‘Şəbəkə’ fəalları həbs olunub


Penzada məhkəmə
Penzada məhkəmə

Rusiyanın Penza şəhərində məhkəmə “Set” (“Şəbəkə”) adıyla tanınan qrupun yeddi fəalını terrorçuluq ittihamlarında təqsirli bilərək altı ildən 18 ilədək həbsə məhkum edib.

Fevralın 10-da Privoljski rayon məhkəməsi 23-30 yaşlı kişiləri terrorçu qrupa üzvlükdə təqsirli bilib. Onlardan bəziləri həmçinin qanunsuz silah və partlayıcı maddə saxlamaqda, qanunsuz narkotik satmağa cəhddə təqsirli bilinib.

Qrup üzvləri 2017-ci ilin oktyabrında həbs olunublar. Federal Təhlükəsizlik Xidməti (FSB) onların Moskvada, Sankt Peterburqda, Penza və Omskda, eləcə də qonşu Belarusda özəkləri olan terrorçu qrup yaratdığını bildirib.

İttihamnaməyə görə, qrup 2018-ci il prezident seçkisi və dünya futbol çempionatı zamanı Rusiyada bir sıra partlayışlar törətməyi, ölkədə “sabitsizlik yaratmağı”, silahlı qiyam təşkil etməyi planlaşdırıblar.

İşgəncə iddiaları

İnsan haqları fəalları işin qurama olduğunu deyirlər. Fəallardan bəziləri təcridxanada işgəncə gördüklərini iddia etsələr də, İstintaq Komitəsi iddiaları rədd edib.

Müxalifət lideri Alexei Navalny Twitter postunda hökmləri “dəhşətli” adlandırıb, deyib ki, “xəyali terrorçu təşkilat” haqda ifadələr “işgəncə altında alınıb”.

“Rusiya hökumətində istənilən nazir bu uşaqlardan daha kriminal, cəmiyyət üçün daha artıq təhdiddir”, – o əlavə edib.

Məhkəmə Dmitry PchelintsevIlya Shaursky-ni qrup liderləri elan edərək uyğun olaraq 18 və 16 il həbsə məhkum edib.

Andrei Chernov 14, Maksim Ivankin 13, Mikhail Kulov 10, Vasily Kuksov 9 il həbs cəzasına məhkum ediliblər.

Arman Sagynbaev-ə altı il həbs cəzası kəsilib.

Hökmlərdən öncə “Amnesty International” hüquq-müdafiə təşkilatı terror ittihamlarını “Rusiya təhlükəsizlik xidmətlərinin fəalları susdurmaqdan ötrü uydurduğu xülya” adlandırıb.

Londonda mənzillənən təşkilat işi “gəncləri hədəfə almaqdan ötrü ədliyyə sistemindən siyasi motivli sui-istifadə” hesab edir.

İlkin olaraq həbs edilmiş daha iki fəal – Igor ShishkinYegor Zorin müstəntiqlərlə razılaşma əldə edərək digərlərinə qarşı ifadə verib.

Shishkin 2019-cu ilin yanvarında 3 il yarım həbsə məhkum edilib. Zorin barəsində iş isə 2018-ci ilin sentyabrında bağlanıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG