Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:23

Bakıdakı 1-ci mikrorayonda köhnə binaların - “xruşşovka”ların sökülməsinə başlanılacaq.

Nazirlər Kabinetinin 1-ci mikrorayonun yenidən qurulması ilə bağlı qərarında belə deyilir. Martın 10-da imzalanan qərarın mətnini Nazirlər Kabineti bu gün, martın 13-də açıqlayıb.

Qərar sözügedən mikrorayondakı “Xruşşovka”ların sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi əsası ilə sökülməsini nəzərdə tutur. Onların yerində yeni çoxmərtəbəli binalar tikilməlidir.

Buna da bax:​ "Xruşşovka"lar söküləsi oldu? Olmadı?

Söküb-tikməyə FHN rəhbərlik edəcək

Mikrorayondakı yenidənqurma işləri üzrə sifarişçi funksiyası Fövqəladə Hallar Nazirliyinə (FHN) həvalə edilir.

Qərara əsasən, FHN 15 günə müfəssəl plan, onun əsasında yerinə yetiriləcək işlərin texniki-iqtisadi əsaslandırmasını əks etdirən layihə hazırlamalıdır. Həmin sənəd dövlət şəhərsalma, əmlak məsələləri dövlət komitələri və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmalıdır.

Aparılacaq tikinti işlərinə özəl şirkətlərin və kredit vəsaitlərinin cəlb edilməsi də qərarda nəzərdə tutulur.

FHN həmçinin, hüquqi, fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin onların razılığı ilə, dəyəri ödənilməklə əldə edilməsində tikinti şirkətlərinə köməklik göstərməlidir.

Buna da bax: 120 mindən artıq bina sökülə bilər

Evi sökülənə yeni binada 10 faiz artıq mənzil sahəsi veriləcək

Qərarda söküləcək binaların sakinlərinin yerləşdirilməsi və yeni mənzillə təmin olunması məsələləri də əksini tapıb.

Sənəddə qeyd edilir ki, yeni yaşayış binası tikməyi öhdəsinə götürən şirkətlər iş başa çatana kimi köçürülən sakinlərin kirayə mənzillərdə yerləşdirilməsini təmin etməlidir. Sökülmüş binaların sakinlərinə veriləcək yeni evlərin sahəsi əvvəlkindən 10 faiz artıq olmalıdır.

Tikinti şirkətləri mikrorayondakı qeyri-yaşayış sahələrinin sahiblərinin də mənafeyini nəzərə almalıdır.

Qərarda qeyd edilir ki, yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri qeyri-yaşayış sahələrinin sahiblərinə lazımi maliyyə vəsaitinin ödənilməsini təmin etməlidir. Bundan başqa, onlara sahəsi əvvəlkindən 10 faiz artıq olmaqla yeni tikilidə qeyri-yaşayış sahələri ayrılmalıdır.

Buna da bax:​ Bakıdakı tikintilər neçə bala davam gətirər?

Qərarın icrası ilə bağlı təhsil, səhiyyə, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliklərinə, Dövlət Neft Şirkətinə, "Azərsu" ASC-yə, "Azərenerji" ASC-yə və "Azəristiliktəchizat" ASC-yə da tapşırıqlar verilib.

“Xruşşovka”lar ötən əsrin 60-cı illərində SSRİ ərazisində müvəqqəti inşa edilən 5 mərtəbəli binalar olub. Həmin binalardakımənzillərin də ölçüləri digər binalardakı mənzillərlə müqayisədə kiçik olur.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG