Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:16

120 mindən artıq bina sökülə bilər


Haraları sökəcəklər?- Bakının yeni baş planı hazırdır
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Haraları sökəcəklər?- Bakının yeni baş planı hazırdır

««Xruşşovka» tipli binalar insan həyatına təhlükə yaradır və şəhərin görüntüsünə ciddi xələl gətirir. Həmin binalar müəyyən müddətdən sonra sökülə bilər».

Bu sözləri jurnalistlərə açıqlamasında Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib.

O, sözügedən binaların sökülməsi ilə bağlı layihələrin planlaşdırıldığını bildirib.

«Binaların sökülməsi ilə bağlı pilot layihələrin əsas məqsədi əhalinin həyat şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin olunmasıdır. İkinci bir vacib məqsəd isə həmin binaların şəhərin görüntüsünə xələl gətirməsinin qarşısını almaqdır», - İ.İsbatov bildirib.

Onun deməsinə görə, müxtəlif tipli binaların sökülməsi nəzərdə tutulur. «Əsasən 1-2 mərtəbəli evlər, «Xruşşovka» tipli binalar müəyyən müddətdən sonra sökülə bilər. Lakin, ilk növbədə, azmərtəbəli binalardan başlamaq lazımdır. Hazırda pilot layihələr çərçivəsində Sabunçu, Binəqədi, Nəsimi, Yasamal, Xətai və Nizami rayonlarında söküntü işləri aparılır», - o, bildirib.

Bakının Baş Planını xatırladan İ.İsbatov həmin planla əlaqədar 2035-ci ilədək paytaxtda 122 minə yaxın binanın söküləcəyini bildirib.

«Xruşşovka» dedikdə, əssən, ötən əsrin 60-cı illərində Bakıda inşa edilən 5-mərtəbəli evlər nəzərdə tutulur. Belə binalarda mənzillər sovetlər vaxtı dəbdə olan «Leninqrad» layihəsinə nisbətən alçaq və yığcamdırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG