Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 14:48

"Xruşşovka"lar söküləsi oldu? Olmadı?


Bakı

Bakı Dövlət Layihə İnstitutunun hazırladığı Bakının Baş Planı layihəsi heç bir dövlət qurumu ilə razılaşdırılmayıb və buna görə, rəsmi sənəd kimi təqdim oluna bilməz. Turan İnformasiya agentliyinin məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyəti bildirib. Bakı Şəhər İcra Hakimiyyətinin fikrincə, bu layihə paytaxtın sosial-iqtisadi inkişaf istiqamətlərinin çoxunu əks etdirmir.

Bunlar hansı istiqamətlərdir?

Həmin “Baş Plan” layihəsində, o cümlədən, 2035-ci ilədək paytaxtda 122 minə yaxın “xruşşovka” deyilən binanın sökülməsi nəzərdə tutulur.

«Xruşşovka» dedikdə, əsasən, ötən əsrin 60-cı illərində Bakıda inşa edilən 5-mərtəbəli evlər nəzərdə tutulur.

Ancaq bu xruşşovkalarin sökülməsi nə dərəcədə realdır, pulun olmayan vaxtında? 2035-ci ilə 122 min binani söküb orda yaşayanlara ev verə biləcəklərmi?

Olan binanı sökməkdənsə, bəlkə o pulu təzə massivlerin tikintisinə xərcləmək daha məqsədəuyğundur?

Yeri gəlmişkən,“Baş Plan” layihəsində 2035-ci ilədək görüləcək işlər 283,97 milyard manat qiymətləndirilir. Ancaq deyilmir ki, bu pulu hardan alacaqlar.

Daşınmaz Əmlak Məsələləri üzrə ekspert Nüsrət İbrahimovun fikrincə ömrü bitmiş binaların yeniləri ilə əvəz olunması əsas məqsədlərdən biridir.

İkinci səbəb isə tikinti sektorunu canlandırmaqdan ibarətdir. Nüsrət İbrahimov deyir ki, digər əsas səbəblərdən biri isə ölkəyə investor cəlb etməkdir.

Nüsrət İbrahimov: "ömrü bitmiş binalar..."
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00
Direct-ə keçid

Daşınmaz Əmlak üzrə ekspert Ramil Osmanlı deyir ki, bu cür layihələr dövlət vəsaitləri hesabına həyata keçirilməməlidir. Ekspert bildirir ki, hökumət daha çox xarici investorların bu sahəyə cəlb olunması istiqamətində işləməlidir.

Onun fikrincə, hökumət ortaya xarici investorlar üçün stimullaşdırıcı proqramlar qoymalıdır.

Ramil Osmanlı: "Dövlət vəsaiti hesabına yox..."
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00
Direct-ə keçid

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirir ki, “Xruşşovka”ların sökülməsi doğru qərar olsa da, bu məsələ ilə bağlı bir çox suallar hələ açıq qalıb. Ekspert deyir ki, əsas məsələ odur ki, belə bir böyük layihə hansı vəsaitin hesabına həyata keçiriləcək?

Natiq Cəfərlinin fikrincə burda əsas məqsəd tikinti sahəsində iqtisadi canlanmanı artırmaqdır. Ekspert bildirir ki, əgər bu xarici şirkətlərin hesabına olacaqsa, onda gərək dövlət vətəndaşla həmin şirkətin arasından çəkilsin.

Natiq Cəfərli: "əgər xarici şirkətlərin hesabına olacaqsa..."
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

XS
SM
MD
LG