Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 00:50

XİN: "Ermənistan fosforlu silaha görə qınansın"


Müdafiə Nazirliyi: Ermənilərin atdığı və partlamayan fosforlu mərmi məhv edilib
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Müdafiə Nazirliyi: Ermənilərin atdığı və partlamayan fosforlu mərmi məhv edilib

►Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanı qınamağa çağırır

“Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini və mülki obyektlərini ağır artilleriya atəşinə tutub. Bununla bərabər, ağ fosfor kimi kimyəvi tərkibə malik mərmilərdən də istifadə edib”.

Xarici İşlər Nazirliyinin mayın 17-də yaydığı bəyanatında belə deyilir.

Nazirlik bildirir ki, Ermənistan silahlı qüvvələrinin istifadə etdiyi sursatlardan birini Tərtər rayonunun Əskipara kəndində Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tapıb. Həmin sursatın D-4 tipli 122 millimetrlik top mərmisi olduğu bildirilir. Mərminin daxilində 3,6 kiloqram P-4 tərkibli maddə olduğu qeyd edilir.

Bəyanatda Azərbaycanda akkreditə olunan xarici ölkələrin səfirliklərinin hərbi attaşelərinin bu haqda məlumatlandırıldığı, onların ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi ilə birgə Əskipara kəndinə səfərinin təşkil edildiyi bildirilir.

“Atəşin trayektoriyası təsdiq edir ki, bu ağ fosfor mərmisi Ermənistan silahlı qüvvələrinin yaxınlıqda yerləşən mövqelərindən atılıb. Tərkibində ağ fosfor olan silahlar tənəffüs və həzm yolu ilə orqanizmə daxil olduqda və ya yanmış nahiyələr vasitəsilə sovrulduqda həddən ziyadə zəhərləyici xüsusiyyətə malikdir. İnsanın sağlamlığı üçün ağır fəsadlar törədə bilər” - deyə bəyanatda bildirilir.

____________________________________________________________

Bunlara da bax:
«Əmanətçinin hər qəpiyi yubadılmadan qaytarılmalıdır»
Pürrəngi çayın yeni adı: Korrupsiya bulantısı

____________________________________________________________

Nazirlik vurğulayır ki, ağ fosforlu silahlardan istifadə BMT-nin "Adi silahların konkret növləri haqqında konvensiya" nın Alışdırıcı Silahların İstifadəsi haqqında Qadağalar və ya Məhdudiyyətlərə dair protokoluna ziddir.

XİN beynəlxalq ictimaiyyəti Ermənistanı qınamağa çağırır.

Həmin mərmi Tərtər rayonunda mayın 10-da tapılıb. Bir gün sonra isə zərərləşdirilib. Həmin prosesi bölgəyə səfər edən Azərbaycanda akkreditə olunan xarici ölkələrin səfirliklərinin hərbi attaşelər də izləyiblər

Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi isə Azərbaycan ərazisinə qadağan olunmuş mərmi atmaqları ilə bağlı deyilənləri təkzib edib.

Aprelin 2-dən 5-nə qədər təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon ( Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

Buna da bax: İsraildə Roma dövrünə aid gəmi tapılıb

İsraildə Roma dövrünə aid gəmi tapılıb
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (17 may)

Kimə deyirsən, işgəncəyə münasibət bildir, qaçır…

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (17 may)

"Araşdırmırsa, deməli, işgəncələrin arxasında dövlət dayanır"
Ramil Usubovun polisdəki işgəncələrdən xəbəri var?

XS
SM
MD
LG