Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 11:23

İki il öncə prezidentin açdığı kompleks zibil maşınlarına yükləndi [foto, video]


Yusif Səfərov küçəsi 2017-ci ilin fevral ayında.
Yusif Səfərov küçəsi 2017-ci ilin fevral ayında.

Düz iki il öncə, 2015-ci ilin fevralında Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov həvəslə prezident İlham Əliyevə Yusif Səfərov küçəsindəki köhnə parkın yerində açılmış fəvvarələr və şəlalələr kompleksini göstərirdi.

Buna da bax: 700-dən artıq işıq effektli, adamsız, oturacaqsız...

Şəhər əhalisinin yadındadır, Respublika Perinatal Mərkəzi ilə üzbəüzdə, Xətainin heykəlinin arxasında yerləşən bu park səliqəli və təmiz idi. Təmirə, dəyişikliyə də ehtiyacı yox idi. Ancaq günün birində park uçurulub dağıdıldı, oturacaqlar götürüldü, bura fəvvarələr və işıqlandırma kompleksinə çevrildi. Yol olmadığından həmin vaxt əhali də bu əraziyə girə bilmirdi. Gecə-gündüz bərq vuran işıqlar fonunda aşıb-daşan fəvvarələrsə ancaq yoldan keçən avtomobil sürücülərinin gözünü oxşayırdı.

İlham Əliyev Xətai rayonu ərazisində yeni yaradılan fəvvarələr və şəlalələr kompleksi ilə tanış olur. 04.02.2015
İlham Əliyev Xətai rayonu ərazisində yeni yaradılan fəvvarələr və şəlalələr kompleksi ilə tanış olur. 04.02.2015

150 metr uzunluqlu kompleks...

Bu yol həm də prezident kortejinin keçdiyi əsas yollardan biri idi. Kompleks açılanda vaxtilə onun yerindəki parkda dincələn adamlar da əraziyə girə bilməməkdən narahat idi.

Park kompleksə çevrilən dövrdə daşdan olan zədələnməmiş yer örtüyü qazılıb parçalandı. Yerinə bahalı plitələr düzüldü. Elə parkın açılması haqqında prezidentin rəsmi saytında da yazılırdı ki, uzunluğu 150 metr olan fəvvarələr və şəlalələr kompleksi ən müasir tələblər səviyyəsində qurulub, 700-dən artıq işıq effekti qurulub, əraziyə keyfiyyətli plitələr düzülüb və s.

Kompleksin açılması rəsmi mediada və Xətai rayon icra hakimiyyətinin saytında "Bakıda və bütün ölkə ərazisində gerçəkləşdirilən abadlıq və quruculuq işlərinin davamı" kimi təbliğ olunurdu. [video]

Buna da bax:​ 'Burada əvvəllər park olub...'

Adamsız, skamyasız park bərq vurur. 13Fev2015
Adamsız, skamyasız park bərq vurur. 13Fev2015

... hazırda darmadağın edilir

Üstündən iki il keçəndən sonra, "ən müasir tələblər səviyyəsində qurulan", "keyfiyyətli plitələrin döşəndiyi" kompleks darmadağın edilir. Ağır texnikanın köməyi ilə bəh-bəhlə təqdim olunan kompleksin daşı-daş üstündə qalmayıb.

Kompleks niyə uçurulub dağıdılır? Xətai rayon icra hakimiyyətindən AzadlıqRadiosu-nun bu sualına cavab verən tapılmadı. Dağıdılan kompleksin bir neçə yüz metrliyində yerləşən icra hakimiyyətindən dedilər ki, bu haqda heç nə deyə bilməzlər.

İcra hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri Etibar Əhmədov orada nə baş verdiyindən xəbərsiz olduğunu söylədi. Hətta təsərrüfat şöbəsinin müdiri Hüseyn Abbasov da parkın sökülməsindən xəbəri olmadığını bildirdi.

Buna da bax:​ "Gör bir nələri sökürlər! Biz narahatıq, cənab prezident"

Bakı şəhər icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Xalid Ələkbərovun sözlərinə görəsə, həmin ərazidə yol genişləndirilir, aparılan işlər də bununla bağlıdır:

Xalid Ələkbərov: "Yol genişləndiriləcək, yeraltı keçid salınacaq"
Gözlə

No media source currently available

0:00 0:00:08 0:00
Direct-ə keçid

"Təzə layihəyə görə, orada yol genişləndirilir. Yol genişləndiriləcək, yeraltı keçid salınacaq. O işlərlə ‘Azəravtoyol’ məşğul olur".

Azəravtoyol: "Yenidənqurmadır"

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən bildirdilər ki, Yusif Səfərov küçəsində yenidənqurma işləri aparılır. Küçənin 28 may və Üzeyir Hacıbəyli küçələri ilə kəsişməsinədək olan hissəsində söküntü işləri aparılır. Bu da həmin hissədə yolun hər iki istiqamət üzrə 3 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilməsi planıyla bağlıdır:

"Genişləndirmə işləri sözügedən ərazidə sıxlığın azalmasına gətirib çıxaracaq".

Buna da bax:​ Qaranlıq Bakıdan reportaj- [Fotolar]

“Bir neçə milyon göyə sovruldu”

İqtisadçı ekspert Natiq Cəfərli baş verənləri “israfçılıq” adlandırır. Onun fikrincə, şəhərin planlaşdırılması öncədən aparılsaydı, bu cür israfçılığa da yol verilməzdi:

Natiq Cəfərli: "Bu o deməkdir ki, ora sərf olunan vəsait də, sadəcə, dağıdılıb göyə sovruldu"
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00
Direct-ə keçid

"Bu, ilk deyil, yəqin ki, son da olmayacaq. Bakıda belə şeylər çox olub. Hətta binalara üzlük vurulub, sonradan sökülüb. Bu, şəhərin planlaşdırılmasının və şəhərsalmanın düzənli aparılmamasının nəticəsidir. Bu da əlavə büdcə xərclərini artırır. Azərbaycanda dövlət xərcləmələrinin şişirdildiyi də heç kimə sirr deyil. Dəqiq məlumat verilməsə də, söhbət vaxtilə həmin kompleksə xərclənmiş milyonlardan, bir neçə milyon dövlət büdcəsi vəsaitindən gedir. Bakıdakı təcrübəni nəzərə alsaq, çox güman ki, söhbət milyonlardan gedir. Çünki parkların avadanlıqlarını böyük hissəsi xaricdən alınırdı. Xaricdən gətirilən avadanlıqlara da külli miqdarda vəsait xərclənir. İndi yolun genişləndirilməsi məsələsi ortalığa çıxıbsa, bu o deməkdir ki, ora sərf olunan vəsait də, sadəcə, dağıdılıb göyə sovruldu".

Buna da bax:​ Hər kəsin pəncərəsindən baxanda ağac görmək haqqı var

700-dən artıq işıq effektli, adamsız, oturacaqsız... 13Fev2015
700-dən artıq işıq effektli, adamsız, oturacaqsız... 13Fev2015

Həmin kompleksin salınmasına iki il öncə nə qədər vəsait sərf olunması haqqında rəsmi məlumatda hər hansı rəqəm göstərilmir. Bakı şəhər icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Xalid Ələkbərov deyir ki, bu haqda məlumatı yoxdur.

2015-ci ilin dövlət büdcəsinə görə, mənzil və kommunal təsərrüfatı sahəsi üzrə yaşayış məntəqələrinə aid olan kommunal təyinatlı infrastrukturların bərpası, yenidən qurulması və abadlaşdırılmasına 65 milyon manat ayrılıb. Həmin milyonların bir hissəsi hazırda Yusif Səfərov küçəsində tullantı şəklində zibil maşınlarına yüklənir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG