Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:38

Hər kəsin pəncərəsindən baxanda ağac görmək haqqı var


Richard Rogers
Richard Rogers

-

"Yaxşı dizayn olunmuş şəhərlər də insan haqqıdır"

Richard Rogers

(Strasburq İnsan Haqları Məhkəməsi binasının arxitektoru)

Mən dünyanı idarə etsəydim

Londonun Riçmond Parkı
Londonun Riçmond Parkı

Mən dünyanı idarə etsəydim, bütün qəsəbə və şəhərlərimiz sivil yerlər olardı. Dostların və bir-birini tanımayanların görüşmək üçün yaxşı dizayn olunmuş, səliqə-sahmanlı ictimai yerləri olardı.

Mən sığınacağın yemək, təhsil və sağlamlıqla yanaşı, fundamental insan haqqı olduğuna inanıram. Sığınacaq müasir həyatımızda evlər, binalar, ictimai yerlərdir, müasir həyatın ürəyi olan şəhərlərdir. Odur ki, bizim küçələrə, meydanlara, həyət və parklara necə az diqqət yetirməyimiz əsl skandaldır.

İnsanın sığınacaq haqqına yaxşı dizayn olunmuş, yaxşı saxlanan ictimai məkan da daxildir. Hər kəs pəncərəsindən baxanda bir ağac görməlidir, hər kəsin həyətə çıxanda əyləşməyə bir skamyası olmalıdır.

Bir neçə dəqiqəlik piyada məsafədə qəsəbənin bir kiçik meydanına, parkına və ya oyun meydançasına çatmaq mümkün olmalıdır, orada bir neçə ağac, oturub söhbət etmək üçün skamyalar, uşaqlar üçün yelləncəklər, sürüşkənlər olmalıdır.

Koloradonun Denver şəhərində bir park
Koloradonun Denver şəhərində bir park

Daha bir neçə dəqiqə gedəndən sonra insanlar böyük parka çatmalıdırlar, parklar şəhərlərimizin ağciyərləridir.

Parkda insanlar dostlarıyla piknik edə bilməli, itlərini gəzdirməli, bahar tumurcuqlarından zövq almalı, tanımadıqları insanları görməli, volleybol oynaya bilməli, yaxud öz düşüncələrilə bir müddət tək qala bilməlidirlər.

İşə gedəndə, gəzintiyə çıxanda parklar, yaxud yaxşı döşənmiş küçələrlə getmək, velosiped sürmək insana zövq verir.

Bir dəfə mən Veronada bir kişiyə rast gəldim, o dedi ki, Neapoldan ora 6 saatlıq yolu məxsusi ona görə piyada gəlib ki, gözəl küçələrlə axşamüstü yol getmək ona zövq verir.

Biz bir şəhərdən o birinə gedəndə yolboyu gördüyümüz yeni şəhər və qəsəbələri onların gözəl küçələrinə və meydanlarına görə qiymətləndiririk.

Binalar özləri gözəl ola bilər, amma məhz ictimai məkanlar binalar arasında yapışqan rolu oynayaraq şəhəri formaya salır.

"Prospect"

XS
SM
MD
LG