Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:13

'Burada əvvəllər park olub...'


Bakının baxımsız qalan parklarından biri, 16.09.2016
Bakının baxımsız qalan parklarından biri, 16.09.2016

Bakının saralıb solmuş parkları

«Yaxşı ki, üzü payıza gedir, arada yağış yağır. Yoxsa günün altında susuzluqdan yanmış bu ağaclara baxdıqca ürəyim ağrıyardı. Hələ parkları demirəm...»

«Rəhmətliyin qızı, ağac nədir ki, adamlar baxımsızlıqdan məhv olur»

Telli Məsimova Mərkəzi Univermağın ətrafındakı yarpaqları saralıb bozarmış çinar ağaclarını göstərib «ah» çəkir: «Danışanda deyirlər, «rəhmətliyin qızı, ağac nədir ki, adamlar baxımsızlıqdan məhv olur». Ancaq adam kimi ağac da canlıdır axı...»

Bakıda Telli Məsimovanın ürəyini ağrıdan ağaclar, bütöv parklar az deyil. Baxımsız olsa da, ayaq üstə durmağa çalışırlar. Bu ağaclar, bağlar son vaxtlar Bakıda açılan səliqəli, gözoxşayan yeni parkların, bahalı ağacların fonunda unudulmuş, miskin görünürlər.

Buna da bax:​ "Torpağımı əlimdən alıb üstündə park tikirlər"

Bakının Mərkəzi univermağı qarşısında baxımsız Xan-Çinarlar
Bakının Mərkəzi univermağı qarşısında baxımsız Xan-Çinarlar

İllərdir su görməyən ağaclar

Sakinləri deyir ki, baxımsız qalan parkdakı ağacları arada həyətlərdən vedrəylə su daşıyıb suvarırlar...

Əhmədlidə, Zığ yolu tərəfdə sovet dövründən qalmış, əligöyərçinli qadın heykəlinin yerləşdiyi park var. Heydər Əliyevin adını daşıyan təmtəraqlı parkdan o qədər də uzaqda deyil. Dibi illərdir su görməyən ağaclar buraları kölgələndirsələr də, ətrafda zibil topaları «məskən salıb».

Buranın sakinləri deyir ki, arada ağacları həyətlərdən vedrəylə su daşıyıb suvarıblar:

«Ancaq bu bir-iki vedrə suyla həll olunan problem deyil. Göz görə-görə bu cür park bu vəziyyətə düşüb».

Nərimanov rayonundakı Şəhriyar adına park isə çoxdan restoranların, çayxanaların, başqa tikililərin məkanına çevrilib.

Nərimanov rayonundakı Şəhriyar adına park isə çoxdan restoranların, çayxanaların məkanına çevrilib.

«Vaxtilə bura yaxşı park idi. İndi əsər-əlamət qalmayıb», ərazidə yaşayan təqaüdçü Mirzə kişi deyir. Süni gölü ilə göz oxşayan «Dədə Qorqud Parkı»nın yaxınlığındakı köhnə ağacların dibi isə arabir çəkilən əhəngdən başqa bir şey görmür.

Buna da bax:​ "Gör bir nələri sökürlər! Biz narahatıq, cənab prezident"

«Luna Park»ı ot basıb

Burada əvvəllər park olub..., 16.09.2016
Burada əvvəllər park olub..., 16.09.2016

Vaxtilə şəhərdə barmaqla göstərilən Nizami adına park, bir müddət sonra isə «Luna Park»a çevrilmiş bağ suyu sovrulmuş dəyirmana oxşayır. Karusellər, bilet satılan yerlər o qədər kimsəsizdir ki, adamın bir neçə il öncəyədək burda uşaqların əyləncə səsindən qulaq tutulmasına inanmağı gəlmir. Ətrafı kol-kos basıb, ağaclar susuzluqdan saralıb solub. Qapısı açıqdır, ikibir, üçbir qocalar köhnə skamyalarda oturub dərdləşir:

«Belə baxımsızlıq olmaz axı. Bura necə gözəl park idi, nə günə qaldı»
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00
Vaxtilə şəhərdə barmaqla göstərilən Nizami adına park, bir müddət sonra isə «Luna Park»a çevrilmiş bağ suyu sovrulmuş dəyirmana oxşayır.

– 77 yaşım var. Hər gün bura gəlirəm. Susuzluqdan cadar-cadar olmuş torpağa, ağaclara baxdıqca ürəyim ağrıyır, elə bilirəm, yaşımın üstünə yaş gəlir. Belə baxımsızlıq olmaz axı. Bura necə gözəl park idi, nə günə qaldı.

– Baxımsızlıqdır, nə deyəsən ki...

Burada park olub...

Elə bu ərazinin yaxınlığında, qarşısında Ağşəhər Bulvarının yerləşdiyi ərazi də nə vaxtsa park idi. Burda da ağaclar boyunlarını büküb yaxınlığındakı zibil qalıqlarına küskün-küskün baxır.

Yeni Günəşlidəki «Ana və uşaq» heykəlinə görə «Ana-bala» parkı adlanan bağ, 2000-ci ildə Yasamalda salınan, eləcə də şəhər ətrafındakı baxımsız durumda olan neçə-neçə park da nə vaxtsa diqqət görəcəklərinə ümid edirlər bəlkə də...

Ağacları öldürürlər...

Ekoloq: «Yerli icra hakimiyyəti iyun-iyulda ağacları kəsirlər. Əslində məhv eləyirlər».

Ekoloq Telman Zeynalov deyir ki, son vaxtlar yeni parklar, yaşıllıqlar artsa da köhnə parkların durumu ürəkaçan deyil. Ekoloq yay aylarında budanmanın ağacları məhvə apardığını deyir:

Ekoloq Telman Zeynalov: «Yayda ağac budamaq o deməkdir ki, sən onları qurudursan, ölümünə şərait yaradırsan...» [audio]
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00
Direct-ə keçid

«Səlahiyyətli qurumlar parkları dirçəltməli, genişləndirməlidir. Yerli icra hakimiyyətinin nümayəndələri iyun-iyulda ağacları kəsirlər. Əslində məhv eləyirlər. Yayda ağac budamaq o deməkdir ki, sən onları qurudursan, ölümünə şərait yaradırsan. Yaşıllıqlar İdarəsi Bakı şəhər icra hakmiyyətinə tabedir, onlar buna baxmalıdırlar».

Buna da bax:​ Qaranlıq Bakıdan reportaj- [Fotolar]

Bakı şəhər icra hakimiyyəti: «Xaricilər burdan «bəh-bəh»lə gedir»

Bakı şəhər icra hakimiyyəti: «Bizdə məhv olmuş yaşıllıqlarla bağlı faktlar yoxdur...»

Bakı şəhər icra hakimiyyətinin təsərrüfat şöbəsi isə iradları qəbul etmir. Şöbənin müdiri Xalid Ələkbərov deyir ki, onlarda məhv olmuş yaşıllıqlarla bağlı faktlar yoxdur:

Bakı şəhər icra hakimiyyəti: «Bizdə məhv olmuş yaşıllıqlarla bağlı faktlar yoxdur» [audio]
Gözlə

No media source currently available

0:00 0:00:25 0:00
Direct-ə keçid

«Bizdə belə faktlar yoxdur. Necə olur ki, bütün xaricilər bizim şəhərdən «bəh-bəh»lə gedir, özümüzünkülər irad tapırlar. «Luna Park» «Ağşəhər»in ərazisindədir. Orda yeni şəhər, o cür evlər tikilir. Park da onunla paralel gedir. Hamısı bərpa olunacaq».

Köhnə bakılı Telli Məsimova isə saralıb bozarmış xan çinarlara görə narahatdır: «Görəsən, bu gedişlə gələn yaya çıxa biləcəklər?»

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG