Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:58

-

“Torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün almışam. İndi əlimdən alıb üstündə park salmaq istəyirlər”.

Qəbələ rayon sakini, məcburi köçkün Nizami Əliyev Qarabağ müharibəsi veteranıdır. “Qaynar xətt”ə şikayət edib ki, sahibi olduğu 3 sot torpaq sahəsini əlindən alıb tikiləcək parkın ərazisinə qatmaq istəyirlər:

"ŞƏXSİ TORPAĞIM ZƏBT OLUNUB"

“O torpaq sahəsini 2005-ci ildə qonşumun adına almışam. Torpağa ilk şəhadətnamə də qonşumun adına alınıb. 2011-ci ildə torpaq sahəsini öz adıma keçirdim və yeni şəhadətnamə aldım. İndi sənədlə torpağın sahibi özüməm. Ancaq rayon icra hakimiyyəti torpaq sahəmi zəbt edib”.

Qəbələ rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, qeyd olunan 3 sot torpaq sahəsi həqiqətən də Nizami Əliyevin xüsusi mülkiyyətindədir. Ancaq rayonda abadlaşma işləri aparılması ilə əlaqədar həmin torpaq sahəsi yeni tikiləcək parkın ərazisinə düşür. Torpaq sahibinə başqa yerdə torpaq sahəsi təklif olunsa da razılaşmır.

PROKURORLUQ SƏNƏDLƏRİ ARAŞDIRIB

Nizami Əliyev isə deyir ki, yerli icra hakimiyyəti ona torpağın park ərazisinə düşdüyünü bildirəndən sonra heç bir təklif etməyib:

“Başçı məni qəbul etdi, ona torpağa olan sənədlərimi göstərmək istəyəndə başladı məni hədələməyə. Dedi ki, “Luna Park”ın yanındakı evi hansı pulla tikdirmisən? Yoxlatdıracam, görüm o ev-eşiyi hansı yolla əldə etdiyin pulla tikdirmisən?”

Nizami Əliyev deyir, artıq rayon prokurorluğu onun tikdirdiyi evlə bağlı belə bir yoxlamaya başlayıb. Rayon icra hakimiyyəti isə torpağı ona satmış rayon sakininə təzyiq göstərib ki, torpağa dair 2011-ci ildəki alqı-satqı müqaviləsinin ləğvi üçün məhkəməyə müraciət etsin. Qonşusu da bu iddia ilə məhkəməyə ərizə təqdim edib.

Rayon prokurorluğundan Nizami Əliyevə məxsus yeni tikilinin sənədlərinin yoxlanılmasını təsdiqləyiblər.

Qarabağ veteranı əlindən alınmış torpaq sahəsinin əvəzinin, yaxud da kompensasiyasının ödənilməsini tələb edir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

Hazırda texniki profilaktika aparılır. Şərh yaza bilməzsiniz. Bir neçə dəqiqədən sonra cəhd edin.

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG