Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:53

Dövlət xəstəxanaları publik olandan sonra... [video]


Hökumət xəstəxanalarda nəyi dəyişir? Müalicə bahalaşacaqmı?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Hökumət xəstəxanalarda nəyi dəyişir? Müalicə bahalaşacaqmı? [A-Live]

Dövlət xəstəxanalarının publik hüquqi şəxsə çevrilməsi nə deməkdir? Həmin xəstəxanalarda vətəndaş hələ də pulsuz müalicə oluna biləcəkmi?

Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov AzadlıqRadiosu-na müsahibəsinə deyir ki, bəli.

Onun sözləri görə, ilkin mərhələdə publik hüquqi şəxsə çevriləcək Mirqasımov adına Respublika Klinik Xəstəxanası da, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası da, Respublika Talassemiya Mərkəzi də əvvəlki qaydada pulsuz xidmət göstərəcək.

Buna da bax:​ Hökumət özəlləşdirir, 'Azərbaycan Dəmir Yolları' dirənir

Səhiyyə nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov (foto: qafqaznews.az)
Səhiyyə nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov (foto: qafqaznews.az)

“Yenə də pulsuz olacaq. Publik hüquqi şəxslər dövlətdən maliyyə alacaq. Qanunun tələbi budur ki, bu təşkilatlar ictimai xidmət göstərdikləri üçün publik hüquqi şəxsə çevriləcəklər. Sabah onlar icbari tibbi sığortaya keçid başa çatanda bu prosesdə rahat iştirak edə biləcəklər”.

Biz Bakı sakinlərindən soruşmuşuq ki, hazırda xəstəxanaların pulsuz tibbi xidmətindən nə qədər yararlana bilirlər? Bu sistem effektlidirmi?

Azərbaycanın səhiyyə sistemindən razısınızmı? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

Elxan Əzizov yada salır ki, Yevlaxda və Mingəçevirdə, icbari tibbi sığortanın pilot layihə şəklində fəaliyyət göstərdiyi xəstəxanalar artıq publik hüquqi şəxsə çevriliblər. Onun sözlərinə görə, publik hüquqi şəxsə çevrilmə tibb müəssisələrinə daha çox imkanlar verəcək, onların yeni səlahiyyətləri yaranacaq. Tibbi sığorta münasibətlərində rahat iştirak edəcəklər, fiziki şəxslərlə bərabər müəssisələrlə də müqavilələr bağlaya, əmlaklarından daha səmərəli istifadə edə biləcəklər. Onlar həm də qrant və ianə ala biləcəklər.

Buna da bax:​ İcbari sığorta paketində doğuşa 300 manat ayrılıb

Bəs icbari tibbi sığortaya keçid başa çatandan sonra dövlət hər kəsə göstərilən tibbi xidmətin pulunu ödəyəcəksə, onda publik hüquqi şəxsə çevrilmiş xəstəxanalar pulu haradan qazanacaqlar:

"Hər bir xidmətin dəyəri var. Onun kimsə ödəməlidir. Nəzərdə tutulub ki, vətəndaşlar üçün bunu İcbari Sığorta Fondu etsin. Amma əcnəbi gəlir dövlət müəssisinə müraciət edir. Publik hüquqi şəxsə çevirməsə, o, indiki halda xidmət üçün pul əldə edə bilmir”.

Deputat Zahid Oruc iyunun 22-də qafqazinfo.az saytına müsahibəsində bildirib ki, publik hüquqi şəxsə çevrilmə dövlət büdcəsindən maliyyələşmənin tam aradan qalxması anlamına gəlmir, amma proses buna gedir.

Buna da bax:​ Sağlamlıq bahasına büdcəni yüngülləşdirmək

Zahid Oruc
Zahid Oruc

Deputat bildirib ki, bu yükü illər ərzində dövlət daşıyıb, indi tamamilə fərqli bir təsərrüfat fəaliyyəti qurmağa ehtiyac var.

Tibb elmləri doktoru Adil Qeybulla isə deyir ki, nə qədər iqtisadi çətinlik olursa, olsun, səhiyyə və təhsil prioritet qalmalıdır:

"Bu, millətin gələcəyidir. Bunun daha effektiv mexanizmi düşünülməlidir. Dünya necə edirsə, biz də elə etməliyik. Dövlət səhiyyə müəssisələrini maliyyələşdirməkdə davam etməli, vətəndaşlar sığortalanmalı, həkimlərin maaşı artmalıdır".

Buna da bax:​ Xəstəxana və poliklinikalar 'publik hüquqi şəxs'ə çevrilir

Səhiyyə nazirliyinin hüquq şöbəsinin müdiri Elxan Əzizov isə deyir ki, tibb müəssisələrinə dövlət maliyyəsinin azaldılması və ya kəsilməsi hal-hazırda nəzərdə tutulmur.

Son bir ildə yalnız səhiyyə deyil, başqa bir sıra dövlət müəssisələri, o cümlədən, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti də publik hüquqi şəxslərə çevrilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG