ƏDV-ni belə ləğv etmək olmaz
İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumata görə: «Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı yanvarın 15-dən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub».
İqtisadçı ekspert Toğrul Qalibin fikrincə, məsələnin iqtisadi tərəfi bir yana, amma həmin qərarın hüquqi əsası yoxdur. Onun sözlərinə görə, əvvəllər belə hallar tez-tez olur və unun qiyməti qalxınca bu addım atılırdı: «Ancaq hər şey qanunvericilik çərçivəsində olurdu»
Qalib Toğrul bu il yanvarın 1-dən ƏDV-dən azadolmaların Vergi Məcəlləsi ilə tənzimləndiyinə diqqət çəkir: «Vergi Məcəlləsinin 164-cü maddəsinə ƏDV-dən azadolmaya dair dəyişiklik üçün o dəyişiklik mütləq Milli Məclisdə müzakirə olunmalı, sonra prezident təsdiq etməlidir»
Tacikistan da monarxiya olmaq istəyir?
Tacikistan parlamenti prezidentliyə namizədlərin yaş senzinin azaldılmasına dair qanunvericilik təşəbbüsünə başlayıb.
Müşahidəçilər bildirirlər ki, konstitusiyaya ediləcək dəyişikliklər prezident Emomali Raxmonun oğluna növbəti prezident seçikisində iştirak etmək hüququ verəcək.
Bakıda dollar növbələri
Oscar mükafatına namizədlər
88-ci "Oscar" Akademiya Kino Mükafatlarınıntəqdimat mərasimi fevralın 28-də Hollivudda keçiriləcək. Nominantların adları bu gün açıqlanıb.
"The Revenant" filmindən görüntü
"The Revenant" (Diriliş) filmi 12 nominasiya üzrə irəlidədir. Onun ardınca 10 nominasiya üzrə namizədliyi irəli sürülmüş "Mad Max: Fury Road" (Dəli Maks: Hirsli Yol) filmi gəlir.
2016-cı il "Oscar"ının qalibləri aşağıdakı nominantlar arasından seçiləcək:
Ən yaxşı rejissor
Alejandro G Inarritu - "The Revenant" filminə görə
Tom McCarthy - "Spotlight" filminə görə
Adam McKay - "The Big Short" filminə görə
George Miller - "Mad Max: Fury Road" filminə görə
Lenny Abrahamson - "Room" filminə görə