Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:35
manat
manat

AzadlıqLive -Yalnız AzərTürk Bank valyuta satır

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin...

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin...

20:57 15.1.2016

Bu günki AzadlıqLive-da :

Qubada aksiya dağıdıldı

Unun qiymətinin düşməyi ilə iş bitmir- gərək iş ola, maaş ola...- bunu Ağcabədi sakini deyir

Gözlə

No media source currently available

0:00 0:01:04 0:00
Direct-ə keçid

Monopolisti hüquqi baxımdan müəyyən etmək elə də asan deyil- Baş Prokuror yanında Korrupsiya idarəsinin rəisi Kamran Əliyev belə deyir

Gözlə

No media source currently available

0:00 0:03:40 0:00
Direct-ə keçid

Böhrandan çıxmaq üçün müxalifət də öz təkliflərini verir- parlament buraxılsın, yeni seçki keçirilsin

Gözlə

No media source currently available

0:00 0:03:21 0:00
Direct-ə keçid

18:12 15.1.2016

Qubada aksiya bitdi

17:54 15.1.2016

Sberbank sədri: "Neft erası bitib"

Rusiyada "Sberbank"ın rəhbəri German Qref əmindir ki, dünyada neftdən asılılıq erası texnologiyaların müasir inkişafı səbəbindən başa çatıb.

"Bu gün deyə bilərik ki, bu era artıq keçmişdədir. Necə deyərlər, daş dövrü ona görə başa çatmayıb ki, daş qurtarıb. Neft əsri də, eynən beləcə, artıq bitib. Mən bilmirəm, bəlkə bir 10 il, bütün elektromobil infrastrukturu lazımi səviyyəyə gəlib çatana qədər onun qalıqları qalacaq... Mən ilk dəfə "Tesla" avtomobilinin sükanı arxasına keçəndə anladım ki, gələcək həmişəki kimi çox tez gəlib. Biz artıq o gələcəyin içindəyik. Cənablar, welcome to the future" - Qref deyib.

Qref Çində bərpa oluna bilən energetikanın inkişafını nümunə göstərib. Çin hazırda dünyada ənənəvi enerji mənbələrinin ən böyük istehlakçısıdır. O, Çində külək, günəş, su və bioloji mənbələrdən əldə edilən enerjinin ümumilikdə 560 geqavatt olduğunu və bu rəqəmin Rusiya Federasiyasında istehsal olunan enerjinin ümumi həcmindən 2,5 dəfə çox olduğunu vurğulayıb.

17:29 15.1.2016

Yalnız AzərTürk Bank valyuta satır

Bankdan AzadlıqRadiosuna bildiriblər ki, valyuta alışı və satışında heç bir məhdudiyyət yoxdur

Yanvarın 15-də AzərTürk Bankdan başqa banklar dollar və avro satmayıblar. Valyuta almaq istəyənlər səhər tezdən AzərTürkBank və onun filiallarının qarşısında növbə tutublar.

Bank nümayəndəsi valyuta almaq istəyənlərə nömrə verir. Bir gün ərzində 500 nömrə verilir. Bankda bir nəfərə gün ərzində 500 dollar və avro satılır.

AzərTürk Bankda 1 ABŞ dollarını 1,632 manatdan satırlar. Alış isə 1,6 manatdır.

Davamı

XS
SM
MD
LG