Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:53

German Qref: "Dünyada neft erası bitib"


German Gref
German Gref

-

Rusiyada "Sberbank"ın rəhbəri German Qref əmindir ki, dünyada neftdən asılılıq erası texnologiyaların müasir inkişafı səbəbindən başa çatıb.

"Bu gün deyə bilərik ki, bu era artıq keçmişdədir. Necə deyərlər, daş dövrü ona görə başa çatmayıb ki, daş qurtarıb. Neft əsri də, eynən beləcə, artıq bitib. Mən bilmirəm, bəlkə bir 10 il, bütün elektromobil infrastrukturu lazımi səviyyəyə gəlib çatana qədər onun qalıqları qalacaq... Mən ilk dəfə "Tesla" avtomobilinin sükanı arxasına keçəndə anladım ki, gələcək həmişəki kimi çox tez gəlib. Biz artıq o gələcəyin içindəyik. Cənablar, welcome to the future" - Qref deyib.

Qref Çində bərpa oluna bilən energetikanın inkişafını nümunə göstərib. Çin hazırda dünyada ənənəvi enerji mənbələrinin ən böyük istehlakçısıdır. O, Çində külək, günəş, su və bioloji mənbələrdən əldə edilən enerjinin ümumilikdə 560 geqavatt olduğunu və bu rəqəmin Rusiya Federasiyasında istehsal olunan enerjinin ümumi həcmindən 2,5 dəfə çox olduğunu vurğulayıb.

German Qref iddia edir ki, Rusiyanın öz iqtisadiyyatını dünya reallıqlarına uyğunlaşdırmaq prosesində uduzub və beləliklə də "daunşifter" ölkələr sırasına düşüb.

"Səmimi danışmaq lazımdır, biz rəqabəti uduzmuşuq. Və bu texnoloji quldarlıqdır... Vaxtında adaptasiya oluna bilmiş və bu sahəyə investisiya qoymuş ölkələr bu gün qalibdirlər. Öz iqtisadiyyatını, bütün sosial sistemi və bütün təsisatları adaptasiya edə bilməmiş ölkələrsə güclü şəkildə uduzacaqlar. Aradakı uçurum keçən sənaye inqilabı zamanı olduğundan böyük olacaq," - deyə Qref bəyan edib.

Onun fikrincə, vəziyyəti düzəltmək üçün "uşaqların beyninin nəhəng həcmdə informasiya ilə "doldurulması"na yönəlmiş köhnə sovet təhsil sistemindən" imtina etmək və texnoloji inqilaba qoşulmaq zəruridir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG