Bu günki AzadlıqLive-da:
Dövriyyədə manat niyə azalıb? Azərbaycanda son 1 ildə dövriyyədə olan nağd pulun həcmi 47 faizdən çox azalıb. Təkcə noyabr ayında dövriyyədə olan nağd pulların həcmi 256,8 milyon manat və ya 4,28 faiz azalıb. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev izah edir:
Manatın dollara nisbətən düşməyi xaricdə oxuyan azərbaycnlı tələbələrin də dolanışığını çətinləşdirir
İsveç 6 saatlıq iş gününə keçir
«Gəlir başqa ciblərə gedir»
Prezident İlham Əliyev Nazirlər Kabinetinin toplantısında birinci dəfə rabitə və kommunikasiya sahəsində baş verənlərə münasibət bildirib.
Dövlət başçısı deyib ki, böyük potensialı olan bu sektorda tam şəffaflıq təmin edilməlidir. Onun sözlərinə görə, bu sahəyə investisiyalar qoyan, kreditlər verən, informasiya-kommunikasiya istiqamətində layihələr icra edən dövlət bu sektorun xeyrini də görməlidir:
«İki peykimiz var. Yəni, dövlət artıq bunun faydasını, gəlirini görməlidir. Amma əfsuslar olsun ki, bəzi hallarda gəlir başqa ciblərə gedir, dövlət xeyir götürmür, burada da tam şəffaflıq təmin edilməlidir.
"Naxçıvanda donuz qripi yoxdur"
Bu günədək Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müəssisələrinə müraciət edənlərdən götürülən laborator analizlərin nəticələrində “donuz qripi” (H1N1) virusu aşkar edilməyib.
Nazirlikdən APA-ya verilən məlumatda belə deyilir.
Son günlər mətbuatda Naxçıvanda “donuz qripi” yayılması haqda məlumatlar dolaşır. Muxtar Naxçıvan MR Səhiyyə Nazirliyi bildirir ki, görülmüş tədbirlər nəticəsində respublikada epidemioloji durum tam stabildir.
Azərbaycanla qonşu Türkiyə və İranda rəsmi məlumata görə, artıq 30-dək insan "donuz qripi"ndən ölüb.
İstanbulda partlayış
İstanbulda Sultanəhməd meydanında partlayış olub. Bunu Hürriyyet qəzeti xəbər verir.
Qzetin məlumatına görə, ölənlərin və yaralıların olduğu bildirilir.