Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 21:24
manat
manat

AzadlıqLive -Yalnız AzərTürk Bank valyuta satır

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin...

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin...

14:13 12.1.2016

İstanbulda 10 adam ölüb

Istanbulda Sultanəhməd meydanında partlayışda 10 adam ölüb, 15-i yaralanıb. Bunu yazan Hürriyyət bildirir ki, şahidlərin iddiasına görə, partlayışı "canlı bomba" törədib, ancaq bu iddia doğrulmadı.

14:52 12.1.2016

Siyəzəndə aksiya keçirilir

Yanvarın 12-də Siyəzəndə bir qrup vətəndaş sosial tələblərlə icra hakimiyyətinin qarşısına toplaşıb. Onlar işsizlik, bank kreditlərinin qaytarılması kimi problemlərin həllini tələb edirlər.

Bu haqda aksiya iştirakçıları AzadlıqRadiosuna xəbər veriblər.

Onların dediyinə görə, aksiyada 300-400 nəfər iştirak edir.

15:10 12.1.2016

Lənkəranda aksiya dayandırıldı

«Aksiya yerli hakimiyyət orqanları ilə danışıqlardan sonra dayandırıldı. Bir neçə dəqiqə olar ki, Bakı-Astara yolu boşaldıldı».
Bunu AzadlıqRadiosuna Müsavat Partiyasının yerli təşkilatının üzvi İman Əliyev deyib:

«Danışıqlarda polis rəisi və icra hakimiyyəti başçısının müavini iştirak edirdi. Aksiya iştirakçıları onlara öz tələblərini çatdırdılar. Bundan sonra aksiya qarşılıqlı razılaşma əsasında dayandırıldı».

İman Əliyev deyib ki, aksiya iştirakçılarının əsas tələbləri bunlardır:

«İş yerlərinin açılması. Liman şəhərinin 90 faizi işsizdir. Kommunal xərclərin endirilməsi. Əhaliyə qaz əvəzinə hava verirlər. Bir də süni qiymət artımının qarşısının alınması. Limanda 315 qramlıq çörəyi 40 qəpiyə satırlar. Dünən unun 50 kiloqramlıq kisəsi 34 manat idi. İndi burda danışırlar ki, 40 manata qalxıb».

15:15 12.1.2016

“Azərbaycan Dövlət İqtisad Universitetində təhsil haqları artırılmayacaq”.

APA-nın xəbərinə görə, bunu ADİU rektoru Ədalət Muradov deyib. O bildirib ki, ADİU-da yalnız əcnəbi tələbələrin təhsil haqları artırılıb: “Əcnəbi tələbələr üçün təhsil haqqı 4000 dollar müəyyən olunub”.

Universitetdə 917 nəfər müəllimin çalışdığını nəzərə çatdıran rektor qeyd edib ki, bu rəqəm çoxdur: “Yaşı 70-dən yuxarı, elmi dərəcəsi olmayan, habelə yaşı 75-dən yuxarı dosentlərin işdən çıxarılması nəzərdə tutulur. Yalnız professorlar istədikləri qədər universitetdə çalışa biləcəklər”.

Davamı

XS
SM
MD
LG