Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 22:18
manat
manat

AzadlıqLive -Yalnız AzərTürk Bank valyuta satır

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin...

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin...

15:17 12.1.2016

Ağcabədidə aksiyadır

Yanvarın 12-də Ağcabədidə bahalalaşma və işsizlik əleyhinə etiraz aksiyası keçirilib. Bu haqda facebook sosial şəbəkəsində istifadəçi məlumat yayıb. Məlumatda aksiyaçılardan 3 nəfərin beşmərtəbəli binanın damına çıxaraq intihar etmək istədikləri də deyilirdi.

Ancaq Müsavat Partiyası rayon təşkilatının sədri Rəşid Nəcəfli AzadlıqRadiosuna deyir ki, hadisə yerində özü şəxsən müşahidə aparıb. Onun sözlərinə görə, intihar etmək istəyən bir nəfər - Ramil adında məcburi köçkün olub. O biriləri dama onu intihar fikrindən daşındırmaq üçün çıxıblarmış.

“Həmin gənc deyir ki, qaçqındır, ailə başçısıdır, bu gün 30 qəpik tapmayıb ki, evinə çörək alsın. Mən özüm orda olduğum müddətdə neçə adamdan eşitdim ki, dolanışıq baxımdan əziyyət çəkirlər. “Səfalət içində yaşayırıq, biz özümüz də intihar həddinə çatmışıq” deyirdilər”.

Rayon sakini Cahid Hacıbəyli Azadlıqradiosuna bildirir ki, aksiyanı keçirən ağcabədililər yox, burda məskunlaşan məcburui köçkünlər olub.

Rəşid Nəcəflinin sözlərinə görə, akisya iştirakçıları təxminən 3 saat ərzində Ağdam-Ağcabədi yolunu bağlayıblar.

Hadisə yerinə icra başçısı, polis rəisi, prokuror və Fövəqladə Hallar Nazirliyinin əməkdaşları gəliblər. Aksiyaçılar iş və çörək tələb ediblər.

16:17 12.1.2016

Erdoğan deyib ki, partlayışı Suriya əsilli intiharçı törədib

Türkiyə prezidenti Erdoğan İstanbuldakı partlayışı "Suriya əsilli canlı bombanın", yəni intiharçının törətdiyini açıqlayıb.

Bundan əvvəl şahidlərin dediyi "canlı bomba" versiyası təkzib olunurdu.

16:44 12.1.2016

Ölənlərin əksəriyyəti xarici turistlərdir

Türkiyənin İstanbul şəhərində törədilən partlayışda ölənlərin əksəriyyəti əcnəbi turistdir.

APA-nın xəbərinə görə, bunu Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş deyib. Onun sözlərinə görə, xəsarət alanların 9-u Almaniya, 1-i Norveç, 1-i isə Peru vətəndaşıdır. Xəsarət alanların 2 nəfərinin vəziyyəti ağırdır: “Partlayışın hədəfində əcnəbilərdən ibarət turist qrupu olub”.

Hökumət sözçüsü hadisəni törədən şəxsin Suriya əsilli və 1988-ci il təvəllüdlü olduğunu vurğulayıb. O, partlayışı törədən terrorçunun cəsədinin qalıqlarının hadisə yerindən tapıldığını deyib.

Sultanahmet meydanı
Sultanahmet meydanı

17:59 12.1.2016

Yaxın tarix: Avropa Oyunlarından əvvəl, manatın ucuzlaşmasından sonra...

Metronun “Koroğlu” stansiyasının ətrafında nələr vardı, indi necədir?

Avropa Oyunlarından əvvəl, manatın ucuzlaşmasından sonra...

1/8
​Metronun “Koroğlu” stansiyasının ətrafında nələr vardı, indi necədir?
2/8
​Metronun “Koroğlu” stansiyasının ətrafında nələr vardı, indi necədir?
3/8
​Metronun “Koroğlu” stansiyasının ətrafında nələr vardı, indi necədir?
4/8
​Metronun “Koroğlu” stansiyasının ətrafında nələr vardı, indi necədir?
5/8
​Metronun “Koroğlu” stansiyasının ətrafında nələr vardı, indi necədir?
6/8
​Metronun “Koroğlu” stansiyasının ətrafında nələr vardı, indi necədir?
Azerbaijan - Olympic stadium area
7/8 Azerbaijan - Olympic stadium area
​Metronun “Koroğlu” stansiyasının ətrafında nələr vardı, indi necədir?
8/8
​Metronun “Koroğlu” stansiyasının ətrafında nələr vardı, indi necədir?
Öncəki slayd
Növbəti slayd

7-8 ay əvvəl bura Bakının ən səliqəli, sakit, təmiz ərazisiydi. Sürücülər, kiçik ticarətçilər qovulmuşdu, avtobus dayanacağları ləğv edilmişdi.

Bir tərəfində Bakı Olimpiya Stadionu, o biri tərəfində Milli Gimnastika Arenası, Atletlər kəndi salınmış ərazi idman şəhərciyini xatırladırdı. Əvvəllər buralara tanış olmayan park salınıb ağaclar əkilmişdi. Yaxınlıqda bir neçə xudmani kafe açılmışdı. Səliqə-sahmana xələl gəlməməsi üçün təmizlikçi qadınlar yerə düşən kiçik kağız parçasını da tez əyilib götürürdülər. Burda heç vaxt olmayan tualet də tikilmişdi.

Avropa Oyunları vaxtı metronun Koroğlu stansiyasının ətrafı belə idi. Bir neçə ay sonra buralar tamam fərqli görünür. İnfrastruktur qalsa da, boş və sakitçilikdir. Manatın dollar qarşılığında yarıbayarı ucuzlaşması isə burdakı ticarətçilərin, taksi sürücülərinin, kafe sahiblərinin, hətta tualet işçilərin gəlirlərini azaldıb.

“Təkcə manatın yox, hamımızın belini qırdılar”

İndi bu ərazidə səhərdən-axşamacan Bakı kəndlərini adını çağırıb müştəri yığmaq üçün haray çəkən taksi sürücülərindən biri Rafael Əliyev belə deyir:

“Az qala müştəriyə yalvarırıq ki, “1-2 manat ver, otur, səni evinə aparaq”.

Davamı

XS
SM
MD
LG