Türkmənistanda əhaliyə dollar satışı qadağan olundu
Türkmənistanda bankların əhaliyə dollar satmağı qadağan olundu. Bunu "Türkmənistanın alternativ xəbərləri" bildirir. Bank sektorundan adı çəkilməyən mənbə deyib ki, banklardan vətəndaşlar daha dollar ala bilməz, ancaq vətəndaş əlindəki dolları sata bilər. Ancaq rəsmi orqanların bu barədə hələ heç bir açıqlması yoxdur.
Hmin mənbə deyib ki, xaricə getmək istəyənlərə kart verilir və o, bu karta manatla pul qoya bilər.
Bu günki AzadlıqLive-da:
Lənkəranın Liman şəhərində, Ağcabədidə, Siyəzəndə bahalanma, işsizlik, sosial ədalətsizlik əleyhinə aksiyalar oldu
Ağcabədi aksiya
No media source currently available
"İslahat olmasa, regionlarda etirazlar alovlanacaq" - bunu siyasi şərhçi deyir
Azərbaycanal qonşu İranda, Türkiyədə 40-dan adam öldürən "donuz qripinin əlamətləri nədir? Tibb elmləri doktoru, professor Adil Qeybulla : "Yüksək temperatur, bel, əzələ ağrıları, ürəkbulanma, qusma kimi əlamətlərlə başlayır, sonra yuxarı tənəffüs yollarının katarı və s. əlamətlər müşahidə edilir. Virus orqanizmdə toxumaları çox sürətlə dağıtdığından vaxtında tədbir görülməsə, xəstəlik ölümlə nəticələnir”.
Metronun Koroğlu stansiyası Avropa Oyunları vaxtı və indi... manatın 2 devalvasiyasından sonra
Siyəzənə daxili qoşunlar yeridilib
Şahidlər polisin bahalaşmaya etiraz olaraq keçirilən aksiyanı dağıtmaq üçün gözyaşardan qaz istifadə etdiyini, hətta güllə səsləri gəldiyini deyirlər.
Mərkəzi Bank təsir imkanlarını itirir
Yanvarın 13-də ölkə mediasının əsas mövzusu manatın ötən ilki devalvasiyasından sonra başlayan iqtisadi tənəzzül dalğasının gətirdiyi problemlərdir.
«Yeni Müsavat» qəzeti iqtisadçı Qubad İbadoğlunun Facebook səhifəsində Mərkəzi Bankın maliyyə sektoruna təsiri ilə bağlı yazdığı fikirləri oxucularına çatdırır.
Qubad İbadoğlu yazır ki, Mərkəzi Bank hər gün təsir imkanlarını, manat da dəyərini itirir. Media icmalı