Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 08:30
manat
manat

AzadlıqLive -Yalnız AzərTürk Bank valyuta satır

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin...

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin...

14:56 11.1.2016

İlham Əliyev 2016-cı ili multikulturalizm ili elan etdi

Azərbaycan prezidenti İlham Əliyev 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında dərəncam imzalayıb.

15:03 11.1.2016

"Geri qayıtmaqdan başqa yol yoxdur"...

«Qapını açıb deyəndə ki, «dur yığış, çölə çıxmaq vaxtındır», bir anlığa hara gedəcəyimi düşündüm. Pal-paltarımı bir idman çantasına yığıb çıxdım. O gün-bu gün - küçələrdə qalmışam».

Yanvarın 21-də 1 il olacaq ki, 61 yaşlı Həsən Həsənov12 illik həbs həyatını başa vuraraq azadlığına qovuşub.

Keçmiş məhbus AzadlıqRadiosu-nun «Qaynar xətt»inə danışır ki, həbsdən çıxandan sonra adaptasiya üçün qanunla ona verilməli olan birdəfəlik pul yardımını və əlilliyə görə aylarla yığılıb qalmış təqaüdlərini ala bilmir. Çünki şəxsiyyət vəsiqəsi yoxdur....

15:49 11.1.2016

Isveç 6 saatlıq iş gününə keçir

Qocalar evləri, xəstəxanalar, maşın mərkəzlərində bu dəyişiklik artıq olub.

Bunu İndependent qəzeti yazır.

İsveş hesab edir ki, 6 saatlıq iş günü insanların əməyini daha məhsuldar, özlərini isə daha xoşbəxt edəcək.

İsveçin ikinci ən böyük şəhəri olan Gothenburgda Toyota mərkəzləri 6 saatlıq iş gününə 13 il əvvəl keçiblər. Şirkətin fikrincə, bu dövrdə mənfəət artıb, işçilər daha xoşbəxtdirlər.

İsveçdəki şirkətlərdən birinin rəhbəri olan Linus Feldt deyir ki, 8 saatlıq iş günü düşünüldüyü kimi səmərəli deyil.

Onun sözlərinə görə, “8 saat diqqətini bir işdə cəmləmək çətindir. Belə işdən sonra özəl həyatın problemlərini də yoluna qoymaq çətin olur.”

17:43 11.1.2016

Manatın devalvasiyası Azərbaycandan Gürcüstana turistləri kəskin azaltdı

Manatın devalvasiyalarından sonra Azərbaycandan Gürcüstana səfər edən turistlərin sayında kəskin azalma var.

"APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın "Bizzone" portalı məlumat yayıb.

Məlumata görə, bu azalma yeni il tətilində özünü qabarıq şəkildə göstərib.

Azərbaycanlıların qış mövsümündə ən çox üz tutduğu bölgələr Gürcüstanın dağ kurortu olan Bakuriani və Qdauridir.

Ənənəvi olaraq, qış kurortlarına səfər edənlərin 80-90%-i Azərbaycan vətəndaşları idi.

Davamı

XS
SM
MD
LG