Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:04

Azərbaycandan turistlərin sayı kəskin azalıb 


Bakuriani, 2011
Bakuriani, 2011

Manatın devalvasiyalarından sonra Azərbaycandan Gürcüstana səfər edən turistlərin sayında kəskin azalma var.

"APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın "Bizzone" portalı məlumat yayıb.

Məlumata görə, bu azalma yeni il tətilində özünü qabarıq şəkildə göstərib.

Azərbaycanlıların qış mövsümündə ən çox üz tutduğu bölgələr Gürcüstanın dağ kurortu olan Bakuriani və Qdauridir.

Ənənəvi olaraq, qış kurortlarına səfər edənlərin 80-90%-i Azərbaycan vətəndaşları idi. Burada yerləşən otelləri də məhz Azərbaycandan olan turistlər doldururdu.

Bu il isə vəziyyət radikal şəkildə dəyişib. Ancaq azalmanın nə qədır olduğunu Gücüstan saytı bildirmir.

Normal şəraitli otel nömrələrində 1 nömrə 60-100 dollar, lüks nömrələr isə 200-300 dollar arası dəyişir.

XS
SM
MD
LG