Keçid linkləri

Təcili xəbərlər
2020, 15 Avqust, şənbə, Bakı vaxtı 12:13

AzadlıqLive -Yalnız AzərTürk Bank valyuta satır

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin...


manat

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin...

16:58 15.1.2016

Ramin Quluzadə nazir təyin olundu

Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

"APA-Economics"in xəbərinə görə, bununla bağlı ölkə başçısı İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər sərəncamla R. Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsindən azad edilib.

16:10 15.1.2016

Qubada da etiraz aksiyası keçirilir

Yanvarın 15-də Qubada bir qrup sakin qiymətlərin bahalaşmasına etiraz olaraq aksiya keçirib.

Aksiyaçılar işsizlikdən əziyyət çəkdiklərini, bank kreditlərini ödəyə bimədiklərini, ünvanlı sosial yardım ala bilmədiklərini bildiriblər. Yerli icra başçısı və müavinləri aksiyaçıları dinləyəndən sonra onlardan dağılışmağı istəyib.

Hazırda polis ərazini aksiyaçılardan təmizləməyə çalışır.

15:36 15.1.2016

Gürcüstanda Qazpromdan qaz almaq əleyhinə etirazlar

Gürcüstanın keçmiş prezidenti, Ukraynada Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin “Vahid milli hərəkat” partiyası bu gün Gürcüstan hökumətinin "Qazprom"la əməkdaşlığı ilə bağlı etiraz aksiyası keçirib.

APA-nın "Vzqlyad" qəzetinə istinadən verdiyi məlumata görə, partiya üzvləri Energetika Nazirliyinin qarşısına toplanıblar. Piket zamanı yaxınlıqdakı körpüyə “Qazprom” əleyhinə plakatlar asmaq istəyən piket iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb. Aksiya zamanı “Qazproma” yox!” şüarları səsləndirilib.

Gürcüstan hökumətinin "Qazprom"la apardığı gizli danışıqlar müxalifətin etirazına səbəb olub. Müzakirə predmeti "Qazprom" tərəfindən Gürcüstana nəql olunan qazın həcminin artırılmasıdır. Gürcüstan müxalifəti iddia edir ki, danışıqlar ölkənin enerji sisteminin müstəqilliyinə təhlükə yaradır.

Hökumət rəsmiləri isə bildirir ki, SOCAR Gürcüstanın qaza olan tələbatını ödəmək iqtidarında deyil.

14:54 15.1.2016

33 milyard regionlarda nəyə xərclənib?

İqtisadçı Qubad İbadoğlu bildirir ki, 2004-cü ildən 2014-cü ilədək regionların inkişafına dair dövlət proqramları çərçivəsində nə az, nə də çox düz 31.5 milyard manat pul xərclənib. 3-cü dövlət proqramının ilk ilində rəsmi statistikaya görə, xərclənən 1 milyard 292 milyon manat Qubad İbadoğlunun hesablamasına daxil edilməyib. Bəs 33 milyarda yaxın bu vəsaitdən necə istifadə edilib?

Davamı

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG